www.derinbilgiler.net » Məqalələr » Elmi » Göbələklər

 
 
 


Göbələklər

Müəllif: Admin Tarix 1-11-2012, 00:28, Baxılıb: 1393

0
Göbələklər


Bir çay qaşığı torpaqda 2,5 kilometr uzunluğunda göbələk var. ( Və biz bu torpaqlarda yetişən bitkiləri yeyirik)

Göbələklər adətən qaranlıqda, nəmli mühit və təbii maddələrin olduğu hər yerdə çoxalırlar. İsti mühitlərə üstünlük verirlər. Soyuqda o qədər çoxala bilməsələr də, onları donduraraq öldürmək olmur. Soyuqda bir növ qış yuxusuna gedirlər və hərəkətsiz olaraq isti havaların gəlməsini gözləyirlər. İnsan bədənində parazitlik edən 90 növdə göbələk var. Bunların bir qismi xəstəlik törətmir. Göbələk, vəzifə və xüsusiyyətlərinə görə, kif və maya formasında olur. Fermentasiya prosesində istifadə edilən mayalar, dərman və qida sənayesində istifadə edilən kiflər, əslində, xəstəlik törədərək bitki və heyvanların ölümünə səbəb olan göbələklərin fərqli versiyalarıdır. Göbələk, yer üzünün olduqca geniş bir sahəsinə hakim olan bir canlıdır. Belə ki, Oreqon ştatının universitetindən Elaine İngham, meşədən alınan bir çay qaşığı torpaqdakı bütün göbələk liflərinin uc-uca əlavə edildiyi zaman 1,5 milə (təxminən 2,5 km) qədər yayıla bildiklərini və eyni qaşıqda olan bakteriyalardan dörd min qat daha ağır olduqlarını hesablamışdır. Nəmli meşələrdə isə bir çay qaşığında olan göbələklərin uzunluğu nəm nisbətinə görə 65 km, hətta 650 km qədər uzana bilir. Göbələyin yer üzündəki bu istilası canlılığın varlığı üçün olduqca əhəmiyyətlidir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.