www.derinbilgiler.net » Məqalələr » Elmi » Tullanan hörümçəklərin möhtəşəm görmə qabiliyyəti

 
 
 


Tullanan hörümçəklərin möhtəşəm görmə qabiliyyəti

Müəllif: Admin Tarix 30-10-2012, 21:23, Baxılıb: 1077

0
Tullanan hörümçəklərin möhtəşəm görmə qabiliyyəti


Tullanan hörümçəklərin həyatları digər hörümçəklərdən fərqlidir. Başqa hörümçəklər kimi tor qurub ovunu gözləmək əvəzinə, bu hörümçək növü ovuna özü gedir. Buna görə tullanan hörümçək növünün görmə sistemi, demək olar ki, kor olan digər hörümçəklərə görə daha üstün xüsusiyyətlərə malikdir.

Tullanan hörümçəyin özünə xas ovlama üsulu vardır. Məsələn, ağacın üzərində olan tullanan hörümçək, özünü istehsal etdiyi bir ip ilə olduğu budağa bağlayır. Sonra uçan bir böcəyin üzərinə tullanır və onu havada tutur. Özünü ağaca bağladığı elastik ip sayəsində yerə düşmür və bu ipə yapışaraq ovu ilə birlikdə yenidən yuxarı qalxır. Hörümçək bu hərəkəti edə bilmək üçün ovun uçuş istiqamətini, sürətini müəyyən etməli, atladığı andakı öz sürətini və hədəfə çatana qədər keçən zamanı da təsbit etdikdən sonra bütün bu məlumatları kompüter kimi qiymətləndirib atlayışını həyata keçirməlidir. Bunun üçün də son dərəcə inkişaf etmiş gözlərə, bu hesabları aparacağı məlumat-əməliyyat mərkəzinə ehtiyacı vardır.

Digər hörümçəklər zəif iki gözə malik olarkən, tullanan hörümçəklər 8 gözə (dörd cüt) sahibdirlər və görüş bucaqları 300 dərəcədir. Bunların ikisi başın düz ortasından çölə uzanmışdır. Bu iki böyük göz, yuvaların içində sağa, sola və yuxarıya doğru hərəkət edə bilir.

Tullanan hörümçəklərin görmə qabiliyyəti insanın görmə qabiliyyətinə çox bənzəyir, hətta bu hörümçəklər televiziya görüntüsünü belə qəbul edə bilirlər. Bir çox heyvan televiziyada yalnız hərəkət edən kompleks nöqtələr görür. Bunun əksinə, mütəxəssislər sıçrayan hörümçəklərin televiziyadakı hörümçək və milçək görüntülərinə reaksiya verdiklərini müşahidə etmişdir. (Tony Feddon, Animal Vision, Life Nature Library Naturel Watch Series 1988, s. 89)

Tullanan hörümçəyin görmə sistemi göründüyü kimi son dərəcə kompleks quruluşdadır. 300 dərəcəlik bir sahədən gələn məlumatların qiymətləndirilməsi, insan beyni üçün belə son dərəcə çətin bir işdir. Lakin kiçik bir hörümçək, fərqli istiqamətlərə baxa bilən, bunları qavrayan, qiymətləndirən göz quruluşuna malikdir.

Əlbəttə, bu xüsusiyyətləri hörümçəyin özü istəməmiş, özbaşına zamanla inkişaf etməmiş, sahib olduğu hər şey bütöv olaraq Allah tərəfindən yaradıldığı ilk anda var edilmişdir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş