www.derinbilgiler.net » Məqalələr » Elmi » Möcüzəli molekul: su

 
 
 


Möcüzəli molekul: su

Müəllif: Admin Tarix 23-05-2012, 03:23, Baxılıb: 1408

0
Möcüzəli molekul: su


Dünyamızın üçdə ikisi həyat üçün özəl olaraq seçilmiş bir maye - su ilə örtülüdür. Yer üzündə yaşayan bütün canlıların bədənləri 50-95% nisbətində sudan ibarətdir. Suyun qaynama nöqtəsinə yaxın istiliyə malik bulaqlarda yaşayan bakteriyalardan tutmuş, əriməkdə olan buzların üzərindəki bəzi yosunlara qədər suyun olduğu hər yerdə və hər temperaturda həyat var. Yağışdan sonra yarpaqların üzərində qalan su damcılarında da minlərlə mikroskopik canlı yaşayır, çoxalır və ölür.

Əgər su olmasaydı, Yer üzü necə görünərdi? Şübhəsiz, hər yan səhralardan ibarət olardı, dənizlərin yerində dibsiz və ürpədici çuxurlar qalardı. Göy isə buludsuz və çox əcaib şəkildə görünərdi.

Yer üzündəki həyatın təməli olan suyun yaranması əslində, çox çətin bir prosesdir. Gəlin, suyu yaradan maddələri - hidrogen və oksigen bir qabın içinə doldurub, uzun müddət orada saxlayaq. Bu qazlar yüz illərlə qabın içində qalsalar da, birləşib su əmələ gətirməyəcəklər. Ya da, bu proses çox yavaş gedəcək - məsələn, minlərlə ildən sonra qabın dibində bir az su yığıla bilər. Bunun səbəbi temperaturla bağlıdır - normal otaq temperaturunda hidrogenlə oksigen çox ləng reaksiyaya girirlər.

Oksigen və hidrogen sərbəst halda H2 və O2 molekulları halında mövcud olurlar. Onların su əmələ gətirmək üçün bir-birlərilə reaksiyaya girmələri lazımdır. Reaksiya nəticəsində hidrogen və oksigen molekullarını əmələ gətirən rabitələr zəifləyir və onların atomlarının əlaqəyə girməsinə əngəl qalmır. İstilik bu molekulların enerjisini və dolayısıyla da sürətlərini yüksəltdiyindən, onların bir-birlərilə toqquşaraq reaksiyaya girmələri xeyli tezləşir. Ancaq hazırda Yer üzündə suyun yaranmasını təmin edəcək qədər yüksək temperatur yoxdur. Belə bir istilik Yer kürəsi yaranarkən olub və planetin dörddə üçünü əhatə edən su da elə o zaman ortaya çıxıb. İndi planetdə mövcud olan su buxarlanaraq atmosferə yüksəlir, oradan da yağıntı halında yenidən yerə qayıdır. Yəni onun miqdarı dəyişmir, sadəcə, dövr edir.

“Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır” ("Həcc" surəsi, 63)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş