www.derinbilgiler.net » Məqalələr » Elmi » Bənna arıların qabiliyyətləri

 
 
 


Bənna arıların qabiliyyətləri

Müəllif: Admin Tarix 23-05-2012, 02:42, Baxılıb: 1422

0
Bənna arıların qabiliyyətləri


Bənna arılar arı növləri içində yuva qurulmasında göstərdikləri səy ilə diqqət çəkən canlılardır. Yuva qurmaq istəyən dişi arı uyğun yer tapdıqdan sonra əvvəlcə bu yeri təmizləyir. Lakin yuvanı tikməsi üçün əvvəla palçıq mənbəyi tapmalıdır. Əgər dişi arı palçıq tapa bilməsə, bir az narın torpaq tapır və bunu ağız seliyi ilə qarışdıraraq yumşaq palçığa çevirir.

Bənna arı yuva tikilməsinə bir az palçığı çənəsi ilə yerdən qazıyaraq başlayır. Ayaqlarının arasında tutduğu bu palçığı kiçik yumağa çevirir və arabir palçıq əlavə edərək bir növ qəlib düzəldir. Daha sonra dişi arı palçığı alt çənəsi ilə tutaraq yuvaya qayıdır.

Palçıqla birlikdə yuva tikəcəyi yerə gələn arı işə ordan-burdan başlamır. Bənna arılar tuneləbənzər yuvalarını tikərkən müəyyən planla hərəkət edirlər. Bu plana uyğun olaraq bənna arı hazırladığı ilk palçıq yumağını tunelin qapalı ucunu əmələ gətirən ilk hücrənin arxa hissəsini inşa etmək üçün istifadə edir. Daha sonra hissə-hissə gətirdiyi palçıq yumaqları ilə bölmənin inşasını tamamlayır. Bundan sonrakı mərhələdə bənna arı bitmiş bölməyə qida gətirir.

Hücrənin tikilməsi tamamlandıqdan sonra bənna arı burada saxlamaq üçün qida toplamağa başlayır. Əvvəlcə yuvanın arxa hissəsinə tozcuq toplayır. Sonrakı hər uçuşda əvvəlki səyahətində gətirdiyi tozcuğun üzərinə çənəsilə qatı məcuna çevirdiyi bal qoyur. Beləlikə, yumurtlaması üçün ilk hazırlıqları tamamlayır.

Arı tozcuq yükünü yuvaya qoyan kimi yumurtlamağa başlayır. Yumurtladıqdan sonra dişi arı əvvəlcədən işarələdiyi digər bölmənin divarlarını inşa etməyə başlayır. Arı müəyyən sıra ilə hücrə inşasını və yumurtlamağı yuvanı təşkil edən hücrələr sıra ilə düzülənə qədər davam etdirir. Hücrələrin quruluşu standartdır. Hər hücrədə qida ilə birlikdə yumurta da var və qonşu hücrədən də palçıq bölmə ilə ayrılır.

Ən son hücrə də tamamlanıb qapandıqdan sonra dişi arı bir boşluq qoyur və bu boşluğu tıxacla bağlayır. Bu tıxac yuvanın qarşısında digər canlıların yuva quraraq balalarının çıxmasına mane olmalarına imkan verməmək üçün xüsusi quruluşdadır.

Yuva tikilməsinin hər mərhələsindən göründüyü kimi bənna arıların etdikləri bütün hərəkətlərdə çox açıq ağıl və şüur var. Allah bir ayəsində bal arılarının Onun ilhamı ilə hərəkət edən canlılar olduqlarını bildirir:

"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!" 16/68-69

Təkcə bal arıları deyil, kainatdakı bütün canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah üstün güc sahibi, hər şeyin hakimidir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş