www.derinbilgiler.net » Məqalələr » Elmi » Xallar yumurta qabığını necə gücləndirir?

 
 
 


Xallar yumurta qabığını necə gücləndirir?

Müəllif: Admin Tarix 15-04-2012, 02:15, Baxılıb: 958

0
Xallar yumurta qabığını necə gücləndirir?


Quş yumurtalarıyla əlaqədar olaraq son vaxtlarda aparılan araşdırmalar, yumurta qabıqlarının üzərindəki xalların yalnız kamuflyaj olaraq deyil, mexaniki baxımdan da çox əhəmiyyətli vəzifələrinin olduğunu ortaya çıxardı.

Bəzi bölgələrdəki torpaqlar kalsium nisbəti baxımından zəifdir. Bu isə, sözü gedən yerlərdəki quş yumurtalarının qabıqlarında kalsium əskikliyinə səbəb olur. Bu əskiklik yumurtaları bəzi yerlərdə daha kövrək hala gətirir. Bu bölgələrdə olan yumurtaların diqqət çəkici bir xüsusiyyəti vardır. Qabıqların üzərində olduqca çox xal var. Oxford Universitetindən Andrew Gosler və qrupu, xallı yumurtaları olan Böyük Baştankara (Parus major) quşları üzərində bir təcrübə aparırlar. 90 yumurta qabığı üzərindəki naxışları araşdırır və xalların yumurta qabığının ən zəif olduğu nöqtələrin üzərində olduğu görürlər. Kalsium əskikliyi səbəbiylə qabığın müəyyən nöqtələrində yaranan zəiflik, xallarla dəstəklənərək gücləndirilir. Bu hikmətli yaradılış sayəsində yumurta qabığının zəifliyi ortadan qalxır.

Allahın yaratma sənətindəki incəlik hər detalda qarşımıza çıxır. Bunları hikmət gözüylə qiymətləndirib təqdir etmək isə ancaq Allaha səmimi yönələnlərin davranışıdır.
(New Scientist, 17 Sentyabr 2005, sf. 13)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş