www.derinbilgiler.net » Məqalələr » Elmi » Ən uzun boylu heyvan - zürafə

 
 
 


Ən uzun boylu heyvan - zürafə

Müəllif: Admin Tarix 15-03-2012, 03:47, Baxılıb: 1119

0
Ən uzun boylu heyvan - zürafə


Zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri vardır. Bunlardan biri o qədər uzun boyunların digər bütün məməlilər kimi, sadəcə 7 fəqərə tərəfindən saxlanmasıdır. Bu heyvanların heyrətləndirici bir xüsusiyyətləri də uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmaqda çətinlik çəkməmələridir. Bir az düşünsək, o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu təsəvvür edərik. Ancaq zürafələr bu baxımdan çox çətinlik çəkmirlər, çünki ürəklər qanı lazım olduğu qədər uzağa vura bilən xüsusiyyətlərə malikdir. Bu da zürafələrin yaşayışlarını rahat davam etdirə bilmələrinə imkan yaradır.

Fəqət, bu dəfə başqa bir çətin vəziyyətlə qarşılaşırlar. Düşünmək olar ki, su içmək üçün əyilərkən qan təzyiqi nəticəsində beyin qanaması yaranar və heyvan ölə bilər. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risq tamamilə aradan qalxır. Belə ki, aşağı əyilərkən boyun damarlarındakı qapaqlar bağlanır, beyinə həddən artıq qan getməsinin qarşısı alınır.

Şübhəsiz, zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmamışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş baş verən təkamül prosesi nəticəsində əmələ gəldiyini söyləmək də mümkün deyil. Çünki zürafənin orqanizminin bir nasoslama sisteminə və əyildiyi zaman qan təzyiqini saxlayacaq qapaq sisteminə malik olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasa, zürafənin yaşaması qeyri-mümkün olar.

Bütün bunlardan çıxan qənaət odur ki, zürafə yaşaması üçün lazım olan bütün xüsusiyyətlərlə birlikdə dünyaya gəlmişdir. Hələ var olmayan bir canlının öz bədəninə hakim olub, lazımi xüsusiyyətlərə şüurlu şəkildə malik olması isə şübhəsiz, mümkün deyil. Bu vəziyyətdə heç mübahisəsiz zürafələr şüurlu bir yaradılışla, yəni Allah tərəfindən yaradıldıqlarını açıqca isbat edirlər.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş