www.derinbilgiler.net » Məqalələr » Elmi » Darvinistlər insanlara “məsuliyyətsizliyi” təlqin edirlər

 
 
 


Darvinistlər insanlara “məsuliyyətsizliyi” təlqin edirlər

Müəllif: Admin Tarix 7-02-2012, 01:02, Baxılıb: 735

0
Darvinistlər insanlara “məsuliyyətsizliyi” təlqin edirlər


Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığı inancından uzaqlaşdırmaq və insana maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu “təkamül keçirən heyvandan” başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki məsuliyyətsizlik hissi Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan malik olacaqlarına inanıb yanılırlar. Bütün həyatları boyunca elə davranırlar ki, sanki Allaha qarşı heç bir məsuliyyətləri yoxdur.

Allaha ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqin etdiyi pisliklərdən çəkinmək və daima gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşacaqlarına və beləliklə öz ağıllarına görə rahatlayacaqlarına inanırlar. Lakin rahatlıq kimi düşündükləri bu sistem, tam əksinə, böyük sıxıntı mənbəyidir. Gözəl əxlaqdan uzaq duraraq rahat olacağını düşünən şəxs gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda daima sıxıntı içində yaşayır. Eqoist olduqda güclü olacağını, ədalətsiz davrandıqda mənfəət əldə edəcəyini zənn edən şəxs daima bu çirkin əməllərin acısını yaşayır. Pis əxlaqı özünə ziyan verir. Heç kimin heç kimi sevmədiyi, heç kim üçün fədakarlıq etmədiyi, vəfa göstərmədiyi, qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömrünü hədər edir. Qısaca desək, darvinistlərin verdiyi məsuliyyətsizlik təlqini bəzi şəxslərin zənn etdiyi kimi onların həyatını asanlaşdıran deyil, tam əksinə, çətinləşdirən, çirkinləşdirən, maddi və mənəvi cəhətdən onlara əzab verən hala çevrilir. Belə ki, bu gün bir çox Qərb ölkəsinin yaşadığı sosial böhranı fikirləşdikdə bu həqiqət daha yaxşı başa düşülür.

Bütün bunlara baxmayaraq düşünməkdən qaçan bəzi insanlar Darvinizmə inanmağa daha meylli olurlar. Çünki bəzi insanlar bəzən həyatlarının “adiləşdiyini” düşünərək rahatlamaq arzusunda olurlar. Çox insana heyvandan törəyən məsuliyyətsiz varlıq olduğunu düşünmək təhlükəli gəlmir. Darvinizm də elə bunun üçün lazım olanı edir, insanıları həşərat və ya milçək ilə bərabər tutur.

Təkamülçü paleontoloq Stefen Cey Quld bu məntiqi belə şərh edir: "İnsan sadəcə həyatın nəhəng cəngəlliyində sonradan üzə çıxmış, böyük ölçüdə təsadüfi kiçik kürəyi təmsil edir".

Ateist Riçard Doukinsin dəstəklədiyi müxtəlif ölkələrdəki avtobus afişaları sözügedən çirkin təbliğata çox aydın və açıq misaldır. Doukinsin dəstəklədiyi avtobus afişaları ateizm təlqini verir və beləliklə, insanlara “məsuliyyətsiz yaşamağın ləzzətini hiss etmələrini” məsləhət görür. Çox dərin düşünməyən insan bu çağırışı həqiqi hesab edir və sözügedən darvinist təlqin olduqca sürətlə təsir edir. Hər şey o qədər bəsit izah edilmişdir ki, insan necə böyük yalanın içinə düşdüyünü, necə aldadıldığını heç hiss etmir.

Lakin bu afişalar böyük bir saxtakarlıqdan, ciddi yalandan ibarətdir. İnsan iman gətirməsə də, Allahın uca varlığının dəlillərini daima görür, istəsə də, istəməsə də, Allahın yaratdığı qədəri yaşayır. İman dəlilləri – həqiqətən görən və düşünən insanlar üçün – hər yerdədir. İnsan yalnız iman və Allah sevgisi ilə xoşbəxt ola bilər, yaşadıqlarından zövq alar. Dünyadakı gözəllikləri insana nemət kimi yaradan Allah, əlbəttə, Onu daha çox sevənə və Ona daha yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü hiss etdirəcəkdir. İnkar edənlər neməti də, zövqü də verənin Allah olduğunu unutduqlarına görə məsuliyyətsiz yaşadıqda və həddi aşdıqda xoşbəxt olacaqlarını düşünürlər. Lakin Allahdan qafil, həddi aşaraq və məsuliyyətsiz yaşamaq onlara həmişə zülm, sıxıntı və məhv gətirmişdir. Nemətlər bəlaya çevrilmiş, zövqlər uğursuzluqla nəticələnmişdir. Bu insanlar Allaha yaxın olmağın, Allaha iman gətirməyin gözəlliklərini düşünmədiklərinə, nemətlərin hamısını Allahın verdiyini qavramadıqlarına görə bu cür saxta təbliğat metodlarının uğurlu olacağını zənn edirlər. Lakin nə özləri gözəl və rahat həyat yaşayırlar, nə də ətraflarındakı insanlara təsir edə bilirlər (Doukinsin müdafiə etdiyi ateist avtobus afişalarına bir çox ölkə mənfi reaksiya vermiş, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq mənfi qarşılandığına görə avtobus sürücüləri boykot etmiş, avtobus şirkətləri bu afişalardan istifadə etməməyə qərar vermiş, xalq sözügedən afişaları cırmışdır. Bunun nəticəsində bir çox yerdə həmin afişalar qadağan edilmişdir).

Bu təlqinin ən çox verildiyi başqa yer isə təhsil müəssisələridir. Orta məktəb dərsliyi olan “Biologiya” (Biology) şagirdlərə “həyatın təbiətini” öyrənərkən bu fikri yadda saxlamağı onlara öyrədir: “Təkamül təsadüfidir və dizayn edilməmişdir". Universitet dərsliyi “Həyat: Biologiya Elmi” (Life: The Science of Biology) kitabını oxuyan tələbələri isə bu cümlə ilə qarşılaşırlar: “Darvinçi dünyagörüşü sadəcə təkamül proseslərini qəbul etmək deyil, eyni zamanda təkamül xarakterli dəyişikliyin əsaslı məqsəd və ya vəziyyətlə əlaqədar nizamlanmadığını da qəbul etmək deməkdir". İnsanın təsadüfən - kor, şüursuz təsadüflərin nəticəsində əmələ gəlməsi yalanını öyrədən təhsil sistemi, şübhəsiz, zehinlərin anarxiyanı, qarşıdurmanı, qırğını, əzməyi, mərhəmətsizliyi, eqoistliyi uyğun hesab edən çox təhlükəli fikirlərlə zəhərlənməsi deməkdir və bu təlqinləri alan insanların istənilən şəkildə yönəldilmələri də mümkündür. Məsələn, Duqlas Futuymanın “Təkamül Biologiyası” (Evolutionary Biology) adlı dərsliyin tələbələrə öyrətdiyi yalan budur:

"Darvinin kor, məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər teoremi nə üçünlə başlayan, demək olar ki, bütün suallara inqilabi yeni cavab verir. Müxtəlif orqanizmlərin varlıqları və xüsusiyyətlərinin bu cür tamamilə mexaniki, materialist açıqlamasının dərin və narahatlıq verən mənası budur ki, insanın davranışından başqa təbiətin hər hansı bir yerində dizayn, məqsəd və ya hədəf olduğuna dair dəlilə rast gəlməmişik, buna heç ehtiyacımız da yoxdur".

Futuyma elmdən kənar açıqlamasına belə davam edir: "Əvvəla, Darvinin təkamül nəzəriyyəsi, onun yolunu izləyən Marksın materialist tarix və cəmiyyət anlayışı (qeyri-kafi və səhv olsa da) və Freydin insan davranışları ilə bağlı əlavələri əvvəldən bəri Qərb düşüncəsinin böyük səhnəsi olmuş mexanisizm və materializm platformasına həyati əsas vermişdir".

Lakin bütün bunlar böyük yalandır.

İnsan hər şeyi bəsit və şüursuz şəkildə qavrayaraq məsuliyyətindən yaxa qurtara bilməz. Məsuliyyətdən yaxa qurtarmaq hissi də insanlara rahatlıq verib xoşbəxt etməyəcək. İnsan bu hissi üzərindən atdıqda bir anda dünya zövqlərinə malik olmayacaq, bütün dərdlərindən xilas olmayacaqdır. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etmək istəmədikləri mühüm həqiqət var: Hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allahdır. Ona görə insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verən də Allahdır. Allah istəsə, bütün nemətlər, bolluq və rifah içində olan bir insana ən böyük bədbəxtlikləri və əzabları yaşada bilər. İnsan bütün zövqləri acgözlüklə yaşamaq üçün nə qədər cəhd etsə də, ona zövqü və xoşbəxtliyi verən yalnız Allahdır. Elə ateistlərin və darvinistlərin ən böyük səhvi də bu həqiqətdən qafil olmalarıdır.

Məsuliyyətsiz olduğunu düşünən insan hamı kimi daima sevgi, rahatlıq və etibar axtarışındadır. Amma özü kimi düşünən insanlardan ibarət cəmiyyət içində bunların heç birinə malik deyil. Məsuliyyətsiz insan həyatı boyu bir gün mütləq öləcəyini unutmağa çalışır. Lakin əslində daima ölümlə üz-üzədir. Ətrafındakıların ölümünü seyr edir, xəstəliklərə, qəzalara daima şahid olur. Hətta bir həşəratın ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaqdır. Ölümü nə qədər inkar etməyə çalışsa da, ölüm qorxusu bütün bədənini axır-əvvəl əsir edər. Ətrafında ölən və onun inancına əsasən yox olub gedən insanlar üçün üzülür. Öz bədəninin keçən zamana üstün gəlmədiyini, daima ölümə yaxınlaşdığını inkar etməməyə başlayır. Ölümü rədd etmək ona rahatlıq deyil, tam əksinə, qorxu, narahatlıq və sıxıntı gətirir.

Məsuliyyətsiz yaşamaq insana, əslində, bütün sıxıntı və çətinliklərin qapısını açır
. Hər şeyin Allahın nəzarəti altında olduğunu təqdir etməyən bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu təqdir etməyən bir şəxs həyatı boyu bir yerdən qazanc əldə etmə həvəsində olur və demək olar ki, bütün həyatı bu yolda hədər olur. Allahın axirətdə insan üçün gözəlliklərlə dolu tayı-bərabəri olmayan həyat yaratdığını bilməyən bir insan daima öz inandığı sistem içində əsl sevginin, əsl dostluğun, əsl vəfanın yaşanmasını gözləyir. Lakin əsl sevgiyə bu dünyada, ancaq Allah üçün yaşadığı təqdirdə malik olacaq. Allah üçün yaşamadığı müddət ərzində heç vaxt bu gözləntisinə qarşılıq tapmaz. Əsl sevgi və vəfanı əldə etmədən ömrünün sürətlə keçdiyini başa düşər. Geriyə dönüş isə yoxdur. Gələcəkdə olacaqları dəhşət içində gözləyər.

Öz inancına görə, ancaq bu dünyadakı bir neçə onillik ömrü var. Axirətə inanmadığına görə bir neçə onilliyin sonunda “yox olacağını” düşünür. Yox olacağını bilə-bilə bir neçə onillik ərzində dünyada yaşamaq insana necə xoşbəxtlik, zövq və rahatlıq verə bilər ki? Əlbəttə, verməz. Elə buna görə heç bir ateist iddia etdiyi kimi həyatdan zövq almır, gələcəkdə özünü nələrin gözlədiyini ancaq narahatlıq və qorxu içində gözləyir.

Belə insan həyatının sonu çatdıqda bütün həyatının boş və nəticəsiz gözləntilər içində keçdiyini başa düşəcəkdir. Məsuliyyətsizliyin insana gətirdiyi bunlardır. Əgər insan axirəti istəmirsə, nəzarətsiz və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələri ilə də gec-tez qarşılaşacaqdır. Belə ki, intiharlar, davalar, müharibələr, cinayətlər, qırğınlar, oğurluq, təcavüz və əyriliklər bu məsuliyyətsiz həyatın nəticəsidir.

Lakin Allah “Məgər insan elə güman edir ki, o, başlı-başına (nəzarətsiz) buraxılacaq?!” (Qiyamət surəsi, 36) ayəsində bildirdiyi kimi insanı məsuliyyətsiz yaratmamışdır. İnsana rahatlıq verəcək, insanı doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı hiss etmədən yaşamağa yönəldəcək şey yalnız Allah qorxusu və Allah sevgisidir. Allahdan qorxan insan Allaha hesab verəcəyini bildiyi üçün vicdanına zidd yaşamır. Allahdan qorxan insan başqasına zərər verməz, pis əxlaqlı davranmaz, insanları təsadüfi varlıqlar kimi qəbul etməz. Allaha güvənən insan onu yaradanın, yaşadanın, ona ruzi verənin, sağlamlıq və güc verənin Allah olduğunu və bunları ancaq Allahdan istəyəcəyini bilir. Allahdan qorxan insan Allahın yaratdığı xeyirli qədərə tabe olduğunu, bu dünyada ancaq imtahan edildiyini, əsl həyatın axirətdə Allahın təqdir etdiyi sonsuz həyat olduğunu bilir. Elə buna görə bu dünyada daima çalışır. Allaha qarşısında məsuliyyət daşıdığını, Allaha hesab verəcəyini, Allahın onu nəzarətsiz və məsuliyyətsiz yaratmadığını bilir.

Nemətlər onun üçün sevinc vəsiləsidir, nemətlərin haqqını verən, onlardan zövq alan da ancaq iman gətirənlərdir. İnsanlar zövqlərin hamısını məhdudiyyətsiz yaşadıqda razı qalacaqlarını hesab edirlər. Ancaq bu insanı qeyri-məhdudiyyət, nemətlərdən bezmə, hətta iyrənmə dərəcəsinə gətirir. Zövq almağı gözlədiyi gözəlliklər insan üçün bir anda bəlaya, narahatlığa çevrilir. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqa ruh halıdır. Bunu yaşayan insanın aldığı zövq qeyri-adidir və bu şüurla yaşamağın əvəzi, Allahın istəyi ilə, dünyada və axirətdə gözəl həyatdır. Allah ayələrində belə bildirir:

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! (Yunus surəsi, 62-64)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.