Qartallar

Müəllif: Admin Tarix 31-01-2012, 01:42, Baxılıb: 1572

0
Qartallar



Qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində havadan başqa bir şey yoxdur. Keçəl kərkəsin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.

Bütün qartalların gözlərində “niktitant pərdə” deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir.

Qartalların qüsursuz uçuş bacarığı vardır. Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanadlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir. (David Attenborough, The Life of Birds, s.51)

Bura qədər göstərilən misallardan çox açıq görünən bir həqiqət var. Yalnız qartalın bədənindəki dizaynın bir neçə detalı belə təsadüfən əmələ gəlməyəcək qədər mükəmməldir. Bu da bizə qartalları da eynilə bütün digər quşlar və canlılar kimi üstün güc sahibi Allahın yaratdığını açıq şəkildə sübut edir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş