www.derinbilgiler.net » Məqalələr » Elmi » Dənizin gözqamaşdırıcı cəvahiratı: İncilər

 
 
 


Dənizin gözqamaşdırıcı cəvahiratı: İncilər

Müəllif: Admin Tarix 30-01-2012, 18:43, Baxılıb: 865

0
Dənizin gözqamaşdırıcı cəvahiratı: İncilər


İnsan dünyada hara baxsa, ehtişamlı yaradılış, qüsursuz dizayn və heyrətamiz xüsusiyyətlərlə qarşılaşır. Allah insanlar üçün yer üzündə görünüşü son dərəcə gözəl olan bir çox bitki və heyvan növü yaratmışdır. Təbiətdəki hər detalı insana zövq verən şəkildə yaratmışdır. Bütün bunlarla yanaşı yer üzündə bir çox bəzək əşyası da Allah tərəfindən yaradılaraq insanlara təqdim edilmişdir. Bu bəzək əşyalarından biri olan incilər ehtişamlı gözəlliklərilə bərabər hər cəhətdən maraqlı xüsusiyyətlərə malikdirlər.

İncilərin əmələ gəlmə mərhələləri heyrətamizdir. İnciləri adətən inci istridiyəsi adlanan və bir çox növü olan istridiyələr hazırlayırlar. Bu istridiyələrin qabıqları çox möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium-karbonat əsaslı tərkibləri bir çox düşmən üçün də təhlükəlidir. Kalsium-karbonat maddəsi eyni zamanda istridiyənin incini əmələ gətirməsində də mühüm rol oynayır.

İstridiyələr içlərinə qum, çınqıl və ya zərərli parazitlər girdikdə bundan narahat olurlar. Bu cür hallarda qoruma üsulu kimi bu dəvətsiz qonağı izolyasiya edirlər və üzərini sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi incinin əmələ gəlməsindəki ilk mərhələdir. İstridiyənin içinə girən yad cisimlər incilərin əmələ gəlməsi üçün çəyirdək rolu oynayırlar. İllər boyu bu çəyirdək maddənin üstü incə üst-üstə kalsium-karbonat təbəqələrilə örtüləcəkdir.

Bəs istridiyənin içində sədəf maddəsi necə əmələ gəlir? İstridiyənin daxili dərisindəki qatlarda sədəfi əmələ gətirən iki əsas maddə olur. Bir qatda incini meydana gətirən və “araqonit” adlandırılan, kalsium-karbonat tərkibli mineral, digərində isə incidəki bu araqonit maddəsinin birləşdirən yapışqana bənzər “konxiolin” maddəsi olur. Araqonit yarımşəffaf maddə olduğu üçün inciyə parıltı verir. Bu iki maddənin istridiyə (əslində, beyni belə olmayan ət parçası) tərəfindən hazırlanması, sonra bunların birləşdirilərək toz dənəciyini örtərək inci kimi gözəl cismi əmələ gətirməsi, əlbəttə, düşündürücüdür. İstridiyənin qorunma məqsədilə əmələ gətirdiyi inci insanlar üçün estetik bəzək əşyası kimi yaradılır.

Allah Rəhman surəsindəki “Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.” (Rəhman surəsi, 22) ayəsilə incilərə diqqət çəkmişdir. Bundan başqa, Quranda dünyadan insanlara gözəllik nümunəsi kimi bəxş edilən incilərdən cənnətdəki bəzək əşyalarından biri kimi də bəhs edilir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş