www.derinbilgiler.net » Məqalələr » Elmi » Dəmirdəki möcüzə

 
 
 


Dəmirdəki möcüzə

Müəllif: Admin Tarix 29-01-2012, 03:00, Baxılıb: 931

0
Dəmirdəki möcüzə



Dəmir Quranda diqqət yetirilən elementlərdən biridir. Quranın ''Hədid'', yəni ''Dəmir'' adlı surəsində belə buyrulur: ''...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik..'' (''Hədid'', 57/25).

Ayədə dəmir üçün xüsusi işlədilən ''endirmə'' kəlməsi məcazi olaraq insanların xidmətinə verilmə mənasında başa düşülə bilər. Fəqət kəlmənin ''göydən fiziki olaraq endirmə'' şəklindəki həqiqi mənasına diqqət verildiyi zaman ayənin çox mühüm elmi möcüzə olduğu görülür. Çünki müasir astronomik kəşflər Yerdəki dəmir mədəninin kosmosdakı böyük ulduzlardan gəldiyini ortaya qoymuşdur. Kainatda ağır metallar böyük ulduzların nüvələrində hazırlanır.

Günəş sistemi isə dəmir elementini öz quruluşunda hazırlaya bilən xassəyə malik deyildir. Dəmir ancaq Günəşdən çox böyük ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gəlir. Nova və Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən nisbəti keçəndə artıq ulduz onu saxlaya bilmir və partlayır. Bu partlayış nəticəsində içində dəmir olan göy daşları kosmosa dağılır və bir göy cisminin cazibəsinə düşüb toqquşana qədər boşluqda dolaşır.

Bütün bunlardan başa düşüldüyü kimi, dəmir mədəni Yerdə əmələ gəlməmiş, göy daşları vasitəsilə supernovalardan daşınaraq ayədə bildirildiyi şəkildə ''yerə endirilmişdir''. Quranın endirilmiş olduğu VII əsrdə bu məlumatın elmi şəkildə təsbit edilə bilinməyəcəyi isə aydındır. Ancaq bu həqiqət hər şeyi sonsuz biliyi ilə əhatə edən Allahın sözü olan Quranda var.

Bununla belə içində dəmirdən bəhs edilən ''Hədid'' surəsinin 25-ci ayəsi olduqca maraqlı iki riyazi şifrədən ibarətdir.

''Hədid'' Quranın 57-ci surəsidir. ''Hədid'' kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni ''əbcəd''i hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: ''57''. ''Hədid'' kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 isə dəmirin atom sayıdır.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş