www.derinbilgiler.net » Məqalələr » Elmi » Kainatin əmələ gəlməsi - Big bang

 
 
 


Kainatin əmələ gəlməsi - Big bang

Müəllif: Admin Tarix 24-01-2012, 05:07, Baxılıb: 933

0
Kainatin əmələ gəlməsi - Big bang



Qurani-Kərimdə kainatın ortaya çıxması belə açıqlanır: ''O göyləri və yeri yoxdan var edəndir..'' (''Ənam'', 6/101)

Quranda verilən bu məlumat çağdaş elmin ixtiraları ilə tam uyğunluq içindədir. Bu gün astrofizikanın gəldiyi qəti nəticə bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə bir başlanğıc anında böyük partlayışla əmələ gəldiyidir. ''Böyük partlayış'' -orijinal adı ilə ''Big Bang'' nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il öncə tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. ''Böyük partlayış'' nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən qəbul edilən yeganə elmi izahdır.

''Big Bang''dan əvvəl maddə deyilən bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik olaraq müəyyən ediləcək yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizika­nın ortaya qoyduğu bu böyük həqiqət Quranda bizə 1400 il əvvəldən xəbər verilir.
Astronomiya elminin hələ inkişaf etməmiş olduğu bir dövrdə, 14 əsr əvvəl endirilən Quran-i Kərimdə kainatın genişləndiyindən bu cür bəhs edilir:

''Biz göyü qüdrətimizlə yaratdıq və Biz qadirik'' (''Zariyat'', 51/47).

Kainat ilk partlayış­dan bəri hər an böyük sürətlə genişləyir. Elm adamları genişlənən kainatı üfürülən şarın səthinə bənzədirlər.

Ayədə göstərilən ''göy'' kəlməsindən Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə olunur. Burada da bu mənada istifadə olunmuşdur.

Ötən əsrin əvvəlinədək elm dünyasında hakim olan tək baxış ''kainatın dəyişməz quruluşa malik olduğu və sonsuzdan bəri davam etdiyi'' şəklində idi. Ancaq müasir texnologiya sayəsində aparılan araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun sürətlə ''genişləndiyini'' üzə çıxartdı.

Rus fiziki Aleksandr Fredman və belçikalı kainat alimi Georges Lemaytr keçən əsrin əvvəllərində kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olundu. Amerikalı astronom Edvin Habbl istifadə etdiyi nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların sürətli olaraq bir-birilərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşması isə kainatın sürətlə ''genişlənməsi'' demək idi. Kainatın genişlənməkdə olduğu sonrakı illərdəki müşahidələrlə yəqinlik qazandı.

Ancaq bu həqiqət hələ heç bir insan tərəfindən bilinmədiyi halda Quranda əsrlər öncə açıqlanmışdı. Çünki Quran bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş