www.derinbilgiler.net » Məqalələr » Elmi » Su və bitkilər arasındakı ahəng

 
 
 


Su və bitkilər arasındakı ahəng

Müəllif: Admin Tarix 24-01-2012, 03:31, Baxılıb: 815

0
Su və bitkilər arasındakı ahəng



Otlardan hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.
Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.

Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərginliyə malik olmasıdır. Səthi gərginlik mayeni təşkil edən molekulların bir-birini cəzb etmələri ilə əmələ gəlir. Bu sayədə su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini dağıtmadan daşıya bilir və ya metal iynə suyun üzərinə diqqətli şəkildə, üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir.

Suyun səthi gərginliyi məlum olan digər mayelərin hamısından daha çoxdur və bunun yer üzündə çox vacib bəzi bioloji təsirləri var. Bitkilərə təsirini vacibliyinə görə birinci yerdə qeyd etmək olar.

Bitkilər suyun səthi gərginliyi sayəsində hər hansı bir nasosa, əzələ sisteminə və s. malik olmadan torpağın dərinliklərindəki suyu metrlərlə yuxarı daşıya bilirlər. Məlum olduğu kimi, binalarda suyun yuxarı mərtəbələrə çatdırılması üçün son dərəcə kompleks sistem olan hidrofor sistemindən istifadə edilir. Ancaq bitkilərdə belə sistem yoxdur. Su səthi gərginlik sayəsində bitkinin ən ucqar nöqtəsinə qədər çatır. Bitkilərin köklərindəki və damarlarındakı kanallar suyun səth gərginliyindən faydalancaq şəkildə qurulmuşdur. Yuxarıya doğru getdikcə daralan bu kanallar suyun yuxarı doğru qalxmasına səbəb olur. Əgər suyun səthi gərginliyi digər bir çox mayelərinki kimi aşağı səviyyədə olsaydı, böyük bitkilərin bundan faydalanması mümkün olmazdı. Bu da yer üzündəki bütün canlılara mənfi təsir edərdi. Ancaq həm suyun, həm də bitkilərin qüsursuz yaradılışı sayəsində bu cür problemlər ortaya çıxmır.

Suyun yüksək səthi gərginliyi ilə bitkilərin bu xüsusiyyətdən faydalanan quruluşu arasındakı uyğunluq Allahın yaratmasındakı qüsursuzluğu göstərir. Bütün bunlar təbiətin və canlıların təsadüflər nəticəsində əmələ gəlmədiyini, Allah tərəfindən qüsursuz şəkildə yaradıldığını göstərən mühüm dəlillərdəndir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş