www.derinbilgiler.net » Məqalələr » Elmi » Allaha inam elm adamlarına çox böyük şövq və həyəcan verir

 
 
 


Allaha inam elm adamlarına çox böyük şövq və həyəcan verir

Müəllif: Admin Tarix 4-11-2011, 23:29, Baxılıb: 825

0
Allaha inam elm adamlarına çox böyük şövq və həyəcan verir



Gözü tədqiq edən bir elm adamı təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.


Eyni şəkildə kainatı tədqiq edən bir elm adamı özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qərarlı olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən aldıqları bu həvəsləndirici gücü belə bildirmişdir:

“Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkürü ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir. Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din duyğusundan alarlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar.”

İohan Kepler Yaradıcının əsərlərindəki ləzzəti almaq üçün elmlə maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan İsaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.

Bu sözlər dünya tarixinin ən tanınmış elm adamlarından sadəcə bir neçəsinə aiddir. Bu adamlar və sonrakı bölmələrdə nəzərdən keçirəcəyimiz onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək, Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox şey kəşf etmək istəyən şəxslərdir.

Göründüyü kimi, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək, dəlillərini tapmaq, detallarını tədqiq etmək istəyi elmi çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın və canlıların yaradıldığı həqiqəti inkar edilsə, bu məna da ortadan qalxacaqdır. Məsələn, materialist fəlsəfəyə və Darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd olmadığını, hər şeyin boş təsadüflərin məhsulu olduğunu zənn edəcəkdir. Bu halda kainatı və canlıları araşdırmağın da həqiqi mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər” - kimi ifadə etmişdir.

Bu halda bir elm adamının hədəfə alacağı yeganə məqsəd etdiyi bir kəşflə məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaqdır. Bu hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər. Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşərək, onu gizlətmək məcburiyyətində qalar.

Təkamül nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu səmimiyyətsizliyin bir nümunəsidir. Əslində elmi faktlarla qarşılaşan bir çox elm adamları təkamül nəzəriyyəsinin həyatı açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. İngilis fiziki H. S. Lipson bu barədə belə deyir:

“Canlılar haqqında Darvinin bildiyindən çox artığını bilirik. Məsələn, sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər sinir elektrik mühəndisliyi baxımından bir şah əsəridir. Bizim orqanizmimizdə bunlar milyardlarladır... Bu halda mənim ağlıma gələn kəlmə “dizayn”dır. Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir.”

Yaradılışı ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu həqiqəti belə açıqlayır:

"Əslində təkamül bir növ “elmi din” halına düşmüşdür; demək olar ki, bütün elm adamları bunu qəbul etmiş və bir çoxu onunla uyğun gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar".

Bu ziddiyyətli vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakım olmağa başlayan “dinsiz elm” aldanışının bir nəticəsidir. Eynşteynin bildirdiyi kimi, “dinsiz elm şikəstdır”. Buna görə də bu aldanış həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd qalan elm adamlarını ortaya çıxarmışdır. Bu iki təsirdən birincisini sonrakı səhifələrdə ətraflı nəzərdən keçirəcəyik.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş