www.derinbilgiler.net » Məqalələr » Elmi » Dənizdə üzən ayı balinaya çevrilir

 
 
 


Dənizdə üzən ayı balinaya çevrilir

Müəllif: Admin Tarix 30-12-2011, 18:37, Baxılıb: 1615

0
Dənizdə üzən ayı balinaya çevrilir


Təkamül ssenariləri bunlarla bitmir. Təkamülçü paleontoloq doktor Kolin Patersonun da etiraf etdiyi kimi, “Təbiət həyatı haqqında hər biri digərindən xəyali olan bir çox ümidsiz hekayə var.” (Ъолин Паттерсон, Щарпер’с, Феврал 1984, с.60)

Təkamülçülər balina, delfin kimi dəniz məməlilərinin də dənizə girməyi xoşlayan ayıların təkamül keçməsi nəticəsində əmələ gəlməsi kimi fantastik bir fikir ortaya atmışlar. Bu ssenariyə təməl tapa bilmək üçün yarı ayı, yarı balina canlılar haqqında nəzəriyyələr irəli sürmüş, “yeriyən balinalar” haqqında hekayələr yazılmışdır.

Əlbəttə, təkamülçülər istədikləri kimi xəyal qura bilər və istədikləri ssenarilərə inana bilərlər. Ancaq məsələ ondadır ki, ssenariləri “sübut etmək” üçün elmin imkanlarını və zamanını boş yerə hədər edirlər. Başqa bir tanınmış təkamülçü alim Pier Paul Grassenin təkamül ssenariləri barədə bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə qarışdırılmalı deyil.” (Пиерре-П Эрассé, Еволутион оф Ливинэ Орэанисмс, Неw Йорк, Аъадемиъ Пресс, 1977, с. 103)

Nə qədər ki, elm darvinizm kimi təməli səhv olan fərziyyələrdən istifadə edəcək, alimlər bu cür nağılların ardınca qaçmağa davam edəcəkdir. Əslində isə əgər yaradılış gerçəyi qəbul edilsə, elmin qarşısını kəsən bütün bu nəticəsiz səylər aradan qalxacaqdır. Əvvəldə də bildirdiyimiz kimi, hər canlı növünü Allah ayrı-ayrı yaratmışdır. Hər birinin fiziki xüsusiyyətləri, qidalanma vərdişləri, ov üsulları, müdafiə taktikaları, balalarını böyütmələri və s. bir-birilə qüsursuz uyğunluq təşkil edir. Bu uyğunluğun təsadüfən əmələ gəldiyini irəli sürmək və sonra bunu sübut etməyə çalışmaq son dərəcə yersizdir. Çünki bu qüsursuzluq təsadüfən əmələ gələ bilməz, ancaq üstün bir Yaradan olan Rəbbimizin gücü və nəzarəti ilə yarana bilər. Dolayısı ilə, xəyal gücünün məhsulu olan hekayələr qurmaq əvəzinə mövcud olan sistemləri araşdırmaq, bu sistemlərdəki xüsusiyyətləri aşkara çıxarmaq elmə çox böyük töhfələr verəcəkdir. Hər şeydən vacib olanı isə budur ki, bu istiqamətdəki araşdırmalar insanı və bütün kainatı yoxdan yaradan üstün güc sahibi Allahı daha yaxşı tanımağımıza kömək edir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş