www.derinbilgiler.net » Məqalələr » Elmi » Keçmiş, indi və gələcək əslində eyni zamandır

 
 
 


Keçmiş, indi və gələcək əslində eyni zamandır

Müəllif: Admin Tarix 13-12-2011, 04:11, Baxılıb: 1096

0
Keçmiş, indi və gələcək əslində eyni zamandır


Bu ana qədər yer üzündə yaşanmış bütün hadisələr Allah qatında bir anda yaşanır. Hz. Musanın (ə.s), hz. İbrahimin (ə.s), hz. Əyyubun (ə.s), hz. Nuhun (ə.s), hz. Süleymanın (ə.s), hz. Məhəmmədin (s.ə.v.) və digər peyğəmbərlərin həyatlarından verilən nümunələrdə onların yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni zamanda davam edir. Üstəlik Allaha iman edənlər bu anda cənnətdədirlər, inkarçılar isə bu an cəhənnəmdə əzab çəkirlər.

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı hadisələrin heç biri itməmişdir, sonsuza qədər Allah qatında saxlanacaq. Bu hadisələr bizə 1400 il əvvəl olmuş kimi qəbul etdirilir, amma əslində bu an peyğəmbərimiz (s.ə.v.) Miracdadır, bu an yanındakı dostu ilə birlikdə mağaraya sığınmışdır. Peyğəmbərimiz (s.ə.v.) bu an bədəvilərə təbliğ edir. Bu hadisələr yaşanmış və bitmiş hadisələr deyil. Əksinə sonsuzluğa məhkum edilmiş, yox olması mümkün olmayan hadisələrdir. Ancaq bunların heç biri bizim yaddaşımızda olmadığı, ya da canlandırılmadığı üçün biz görmürük, şahid olmuruq, ya da yaşamırıq.

Bu tarixən yaşanmış bütün hadisələr və yaşamış bütün insanlar üçün də etibarlıdır. Qədim Yunanıstanda filosoflar, Misir kraliçası Kleopatra, intibah dövrünün sənətkarları XIX əsrin elm adamları və ya XX əsrin diktatorları və digər dövrlərdə yaşamış bütün insanlar, hətta babanız, onun babası və siz, əslində, eyni anda yaşayırsınız.

Bu hadisələrin heç biri yox olmamışdır. Səlib yürüşləri, xalqların böyük köçü, əsr müharibələri, I və II Dünya Müharibələri bir-birindən tamamilə ayrı dövrlərdə yaşanmış kimi görünsə də, əslində bu an olan hadisələrdir və sonsuza qədər də olmağa davam edəcəklər. Müxtəlif zamanlarda yaşadıqları düşünülən Misir, Astek, Yunan və Anadolu sivilizasiyaları da əslində eyni anda yaşamışlar.

Belə ki, 1000 il əvvəl Mesopotamiyada yaşayan cütçünün tarlasını əkərkən yağan yağış və cütçünün o yağış altında islandığı an da Allah qatında qalır. Məsələn, akkadlar dövründə söyüd ağacının budaqları arasında tor quran hörümçək torunu bu an hörür. Həmin hörümçək bu an torun küncünə çəkilmiş ovunu gözləyir. Yenə sizin bu hörümçəyi gözünüzdə canlandırmağa çalışdığınız bu an o hörümçək yumurtlamış, yumurtalarını kürəyinə yığmış və onlarla məşğuldur. Yenə o hörümçəyin yumurtaları bu anda çatlamış, içindən çoxlu kiçik hörümçək çıxmışdır.

Heç bir hadisə unudulmur, hamısını Allah bir çox hikmətlə yaratmışdır. Bu səbəblə heç bir şey yox olmaz. İnsanların bu an bunları görmədikləri, bilmədikləri onların olmadığı mənasını vermir. Allah zamandan münəzzəh olduğundan Onun qatında hər şey bir anda olmuş və bitmişdir. İnsanlar zamandan asılı olduqları üçün hadisələri keçmiş, indi və gələcək zamanda izləyirlər. Halbuki daha əvvəl qədər hissəsində də qeyd etdiyimiz kimi, keçmiş zənn etdiyimiz hadisələr bizim üçün keçmişdir, gələcək zənn etdiyimiz hadisələr də bizim üçün gələcəkdir. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Məhz bu səbəbdən Allahdan heç nə gizli qalmaz. Bir ayədə bu həqiqətə diqqət çəkilmişdir:

“Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.