www.derinbilgiler.net » Məqalələr » Elmi » Quranın riyazi möcüzəsi

 
 
 


Quranın riyazi möcüzəsi

Müəllif: Admin Tarix 13-12-2011, 03:37, Baxılıb: 1079

0
Quranın riyazi möcüzəsi


“Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir.” (ət-Tövbə, 36)

Maraqlıdır ki, “ay” sözü bütün Quranda 12 dəfə, “ gün” sözü 365 dəfə, “günlər” və “2 gün” sözləri 30 dəfə, yəni bir ay kimi istifadə edilib. Belə bir simmetriya və mütənasiblik təsadüfən alınarmı? Bu təsadüf ola bilməz! Bu və buna bənzər digər rəqəmlərdəki sirləri öyrənmək üçün növbəti araşdırmalara da nəzər salmaq yerinə düşərdi…

“İnsanlar ” və bunun sinonimi olan “ bəşəriyyət ” öz birləşmələri ilə birlikdə 368 dəfə işlənir, bir o qədər də Allahın onlara verdiyi nemətləri xatırladılır: “var- dövlət” sözü və törəmə sözləri 86 dəfə, “uşaqlar” və bundan törəmə sözlər 162 dəfə, “ruzi” və bunda törəmə sözlər 123 dəfə təkrarlanır. Maraqlıdır ki, “ruzi” sözü üç yerdə insanlara deyil heyvanlara aid edilib və bunu hesab etməyəndə qanuna uyğunluq pozulmur, yəni 86+162+120=368 olur…

“Çətinlik” və törəmə sözləri qarşılığında “səbr” və törəmə sözləri eyni sayda işlənilir – 102 dəfə.

“O gün” sözü Allahın varlıqlarını sorğu-sual üçün dirildəcəyi gün mənasında 70 dəfə təkrarlanır ki, "qiyamət" sözü də eyni sayda, 70 dəfə təkrarlanır.

"Qur`an” sözü “vəhy” (yəni Allahdan gələn) sözü ilə eyni sayda işlənib –80 dəfə...

“Şərab” və “ donuz” sözü ayrı ayrılıqda haram olaraq eyni sayda, 5 dəfə təkrarlanıb.

“Mələk” və “şeytan” sözləri də eyni sayda, hər biri 88 dəfə təkrarlanıb.

“Dünya” və “axirət” sözləri müxtəlif ayələrdə 115 dəfə işlədilib.

“Yaxşı əməl” və “pis əməl” sözləri eyni sayda, 167 dəfə təkrarlanıb.

“Ölüm” və “Həyat” sözləri onlardan törəmə sözlərlə birlikdə eyni sayda 145 dəfə təkrarlanıb.

“Fayda” və “Fəsad” sözləri də eyni saydadır – 50 dəfə.

“Yay” və “isti” sözləri, “qış” və “soyuq” sözləri müxtəlif yerlərdi eyni sayda işləndiyi kimi hər iki söz bir yerdə, yəni “ isit” və “ soyuq” sözləri eyni yerdə 4 dəfə təkrarlanıb.

“Əxlaqsızlıq” və “qəzəb” sözləri törəmə sözləri ilə birgə 24 dəfə təkrarlanıb.

"Bütlər” və onlara inanıb Allaha şərik qoşanlara aid edilən “şirk” sözü də eyni saydadır – 5 dəfə.

“Cəhənnəm” və “cəza” sözləri müxtəlif yerlərdə eyni sayda, 26 dəfə təkrarlanıb.

“De ki əgər cinlər və insanlar bir yerə yığışıb bu Qur`ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (əl-İsra 88)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.