www.derinbilgiler.net » Məqalələr » Elmi » Bakteriyadan reaktiv təyyarə üçün yanacaq

 
 
 


Bakteriyadan reaktiv təyyarə üçün yanacaq

Müəllif: Admin Tarix 12-12-2011, 01:33, Baxılıb: 774

0
Bakteriyadan reaktiv təyyarə üçün yanacaq


Alimlər reaktiv təyyarə yanacağı istehsalında istifadə edilən maddələri hazırlayan bakteriya kəşf ediblər. Hollandiyalı elm adamları bakteriyanın reaktiv təyyarə yanacağı kimi istifadə edilən maddəni təbii yolla əmələ gətirən zülal kokteyli hazırladığını müəyyən ediblər. Bioloqlar bir neçə il əvvəl “Kuenenia stuttgartiensis” bakteriyasının suyu çirkləndirən maddə olan ammonyakı oksigenə ehtiyac olmadan azot qazına çevirdiyini aşkar etmişdilər.

“Annamoks” adlandırılan bu cür bakteriyalar atmosferdəki azotun 30-50%-ini əmələ gətirdiyinə görə okeanoloqlar, iqlimşünaslar və su təmizləmə mütəxəssislərinin diqqətini çəkir. Bu bakteriyalardan artıq su təmizləmə müəssisələrində istifadə edilir. Hollandiyanın Radboud Universitetindən mikrobioloq prof. Mayk Ceten (Mike Jetten) və qrupu K.stuttgartiensis bakteriyasının eyni zamanda reaktiv təyyarələrdə yanacaq kimi istifadə edilən kimyəvi maddə olan hidrazini (N2H4) hazırlamaq üçün də ammoniumdan istifadə etdiyini müşahidə ediblər.

Mayk Ceten Milli Aeronavtika və Kosmik İdarəetmə agentliyinin də (NASA) bu azot birləşməsindən reaktiv təyyarə yanacağının istehsal edilməsinə maraq göstərdiyini bildirib.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.