www.derinbilgiler.net » Məqalələr » Elmi » İnsanın sudan yaradılışı

 
 
 


İnsanın sudan yaradılışı

Müəllif: Admin Tarix 29-11-2011, 23:23, Baxılıb: 981

0
İnsanın sudan yaradılışı


Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur Surəsi, 45)

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi, 30)

İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!... (Furqan Surəsi, 54)

Canlıların və insanın yaradılışı mövzusundakı ayələrə baxdığımızda, bu yaradılışların möcüzəvi şəkildə olduğunu açıqca görərik. Bu möcüzəvi yaradılış şəkillərindən biri, canlıların sudan yaradılmasıdır. Bir çox ayədə açıqca ifadə edilən bu məlumata insanların çatmaları isə, əsrlər sonra mikroskopun icadı ilə mümkün olmuşdur.
Bilinən bütün həyat formaları yaşamaq üçün suya ehtiyac duyur. Buna görə heyvanlar quraq bölgələrdə, maddələr mübadilələrini su itkisindən qoruyan, suyun istifadəsindən maksimum fayda verən mexanizmlərə sahib olaraq yaradılmışlar. Əgər bədəndə müxtəlif səbəblərlə su itkisi meydana gələr və bu əskiklik aradan qaldırılmazsa bir neçə gün içində ölüm baş verər. 17-ci əsrin məşhur elm adamı Jan Baptista van Helmont da, 1640-cı illərdə suyun bitkinin inkişafı üçün torpaqdakı ən əhəmiyyətli ünsür olduğunu kəşf etmişdir.

Bugün ən fundamental ensiklopediyalarda "Su, canlı maddənin ən böyük elementidir. Canlı orqanizmlərin ağırlığının 50-90%-i sudur" ifadələri iştirak etməkdədir. Ayrıca bütün biologiya kitablarında bəhsi keçən standart bir heyvan hüceyrəsinin sitoplazması (hüceyrənin təməl maddəsi) də 80%-i sudan təşkil olunmuşdur. Sitoplazmanın analiz edilib elmi qeydlərə keçirilməsi, Quranın endirilməsindən əsrlər sonra reallaşmışdır. Buna görə də günümüzdə elm dünyasının qəbul etdiyi bu gerçəyin Quranın endirildiyi dövrdə bilinməsi şübhəsiz ki mümkün deyildi. Ancaq buna baxmayaraq insanların kəşfindən 14 əsr əvvəl Quranda bu məlumata diqqət çəkilmişdir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş