www.derinbilgiler.net » Məqalələr » Qadınların və uşaqların da qətl ediləcəyi fitnələrin baş verməsi

 
 
 


Qadınların və uşaqların da qətl ediləcəyi fitnələrin baş verməsi

Müəllif: Terish Tarix 17-04-2017, 13:20, Baxılıb: 150

0
Qadınların və uşaqların da qətl ediləcəyi fitnələrin baş verməsi


Hz. Mehdinin zühurundan əvvəl baş verən fitnələrdə qadınlar, uşaqlar, yaşlılar qətl ediləcək, məsum, günahsız insanlar öldürüləcək.

Bu zaman bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olar. Bu hadisə Mədinədən 24 mil (38.624 km) uzağa yayılar. Sonra hz. Mehdiyə beyət edərlər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh 34)

Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir. Artıq hər kəsin hz. Mehdidən (əs) razı olacağı zamanda o, zühur edər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 38)

Günahsız insanlar qətl edilməyənə kimi Mehdi çıxmayacaq. Qırğınlara yerdəkilər və göydəkilər dözə bilməyəndə Mehdi zühur edəcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

Ana, ata, qız, oğlan, hər kəs öldürülər. Əcəm (ərəb olmayan) və İraq diyarları fəth edilər. Ümmətə ağır əzablar verilər. Bu zaman fitnə, zülm, qətllər baş verər. İnsanlar yurdlarını tərk edərlər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 36)

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş