www.derinbilgiler.net » Məqalələr » Gələcəyimizə sahib çıxaq

 
 
 


Gələcəyimizə sahib çıxaq

Müəllif: Terish Tarix 16-12-2016, 12:23, Baxılıb: 263

0
Gələcəyimizə sahib çıxaq


İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. Öz ailəsi, öz işi, öz övladı və saysız “öz”ləri...

Hər şey ailədən başlayır. Əvvəl evimizin və işimizin rahatlığını təmin etməyin əndişəsi olur. Sonra övladımız dünyaya gəlir və hər şeyin ən yaxşısını ona verməyə çalışırıq. Bütün bu qaçaqaçların arasında bir də baxırıq ki, ömrümüzün çoxu geridə qalıb . Bəs bu müddət ərzində ətrafımızdakı insanlara qarşı nə qədər həssas ola bilmişik?
Bu gün dünyada minlərlə uşaq aclıqdan dünyasını dəyişir, müharibə şəraitində, bombardman altında yaşamağa çalışır. Minlərlə uşağın əməyi istismar edilir, uşaqlar maddi imkanları olmadığı üçün məktəbə gedə bilmirlər.

Dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, çox zaman uşaqlar 5 yaşından işləməyə başlayırlar. Təkcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır. Bütövlükdə isə hazırda dünyada 170 milyondan çox uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.

BMT-nin yayımladığı xəbərdarlığa görə Nigeriyada 75 000 uşaq önümüzdəki aylarda aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.
UNİCEF özünün 70-ci ildönümündə hesabat yayımladı. Bu hesabata görə, əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

Bu göstəricilər vicdan sahibi hər kəsi narahat edir. Geniş miqyaslı yardım kampaniyaları keçirilir, yardım təşkilatları fəaliyyət göstərir, amma yenə də məsələ açıq qalır, öz daimi həllini tapa bilmir. Problemin həlli, əslində, o qədər də uzaqda deyil. Nəzərə alanda ki, tonlarla qida istehlak olunmadan zibilə atılır, artıq çəkidən əziyyət çəkənlər aclıqdan əziyyət çəkənlərdən daha çoxdur, problemin səbəbini görmək asanlaşır. Problemin həlli üçün insanlığın daha həssas olması lazım.

Əgər bu gün dünyada haradasa bir körpə aclıqdan ölürsə, KİV daha çox bu haqda danışmalıdır. Amma bunun əksi daha çox qabardılır, kiminsə geyimi, hansısa futbol matçı saatlarla müzakirə edildiyi halda, çox az sayda insan bu problemlərdən bəhs edir.

Unutmayaq ki, sahib olduğumuz bütün imkanlarla insanları sevgiyə, mərhəmətə, yardımlaşmağa, şəfqətli olmağa çağıra bilərik. Bu dünya hər kəsin rahat və firavan yaşaması üçün yaradılıb. Mən həyatımı yaşayım, digərləri nə olacaqsa olsun demək, kimsənin haqqı deyil. Dünyanın gələcəyi olan uşaqları qorumaq, onların rifahına çalışmaq hər birimizin vəzifəsi olmalıdır. Zülmü kənardan izləməyin də bir zülm olduğunu unutmadan onların əllərindən alınmış haqlarına qovuşmalarına yardım etməliyik

Aysel Vəlizadə

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş