www.derinbilgiler.net » Məqalələr » Qatil üç nəfərdirmi?

 
 
 


Qatil üç nəfərdirmi?

Müəllif: Terish Tarix 14-07-2015, 14:53, Baxılıb: 420

0
Qatil üç nəfərdirmi?


Baş rolunu Skarlet Yohanssonunifa etdiyi “Lüsi” (Lucy) filmini kinosevərlər yaxşı xatırlayarlar. Mafiyanın əlinə düşmüş və bədənindən narkotik daşıyıcısı kimi istifadə edilən gənc bir qız... Sonra bu narkotiklərin zərbə nəticəsində bədəninə yayılaraq qıza normal insanların edə bilməyəcəyi mocüzəvi qabiliyyətlər qazandırması... Filmin əsas ideyası insanın öz beyninin sadəcə 10%-indən istifadə etdiyi halda, 100%-ə qaldırarsa nələrə qadir olacağını göstərmək və bununla da insanın təkamül nəticəsində nə zamansa gəlib bu hala çatacağına tamaşaçıda ümid oyatmaqdan ibarətdir. Lüsi də filmin baş qəhrəmanının adıdır. Bu ad filmin müəllifləri tərəfindən əbəs yerə seçilməyib. Filmin özündə də qeyd edildiyi kimi, Lüsi insanın (xəyali) təkamül şkalasında iddia edilən ilk qadın ara-keçid formasıdır.
Bəs, əslində Lüsi kimdir? Lüsi1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır və təkamülçülərin iddia etdiklərinin əksinə, insanla meymunabənzər əcdadları arasında ara-keçid forması olmayıb, (yeri gəlmişkən, hələ də elmin sübüt etdiyi heç bir ara-keçid forma yoxdur)nəsli kəsilmiş bir meymun növüdür:

Bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı üzə çıxarılanavstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyni var, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni formadadır, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. (Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), səh. 260.)

Məşhur fransız elmi jurnalı“Science et Vie”hələ 1999-cu ilin may sayında Lüsini jurnalın üz qabığında yerləşdirmişdi. Jurnalda"Adieu Lucy" (Əlvida Lüsi) başlıqlı məqalədə avstralopitek meymunlarının insanın nəsil ağacından çıxarılması irəli sürülür. St W573 kodlu yeni bir avstralopitek fosili tapıntısına əsaslanaraq yazılan məqalədə bu cümlələrə yer verilib:

Yeni bir nəzəriyyə avstralopitek cinsinin insan nəslinin əcdadı olmadığını söyləyir...St W573-ü araşdıran qadın tədqiqatçının gəldiyi nəticələr insanın əcdadları ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını təkzib edir. Beləcə bu nəsil ağacında yerləşən insan və əcdadları hesab edilən primat cinsi böyük meymunlar şkaladan çıxarılır... Avstralopitek və homo növləri (insanlar) eyni budaqda yerləşmirlər. Homo növlərinin (insanların) əcdadları hələ kəşf edilməyi gözləyir. (Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, may 1999, no. 980, səh. 52-62.)

Lüsininnəsli kəsilmiş meymun növü olduğuna dair elmi dəlillər çoxdur. Amma filmi izləyən tamaşaçıların böyük əksəriyyətinin bu barədə məlumatı yoxdur. Nəticədə filmin verdiyi təlqin sayəsində tamaşaçılarda nəinki insanın təkamül nəticəsində meydana gəldiyinə, əcdadının meymun olduğuna dair fikir formalaşdırılır, hətta tamaşaçı “təkamülün” hansısa pilləsində insanın filmin qəhrəmanı Lüsi kimi qeyri-adi qəbiliyyətlər əldə edəcəyinə də inanır.
Dünən Türkiyədə 20 yaşlı tələbə qızın 3 nəfər tərəfindən bıçaqlanaraq öldürüldüyü, sonra da cəsədinin yandırılaraq dərəyə atıldığı xəbəri yayıldı. Hamı edilən vəhşilikdən, insanlığın öldüyündən, insanların necə amansız olduğundan danışır. Bəs illərdir istər elmadından buraxılan kitablarla, istər məktəbdəki dərsliklərlə, istərsə də “Lucy” kimi filmlərlə Yaradanın olmadığına, var olmasında heç bir məqsədin olmadığına, təkamüllə əmələ gədiyinə və bir heyvan növü olduğuna inandırılan insandan başqa nə davranış gözləmək olar?!Nəticə etibarı ilə bir heyvan növü olduğunu düşünən biri yeri gəldikdə mərhəmətsizlik də edəcək, vəhşilik də, amansızlıq da.
Halbuki yaradılışa inanan, Allah tərəfindən var edildiyini bilən, qəlbində Allah sevgisi və Allah qorxusu daşıyan, bir gün Allah qarşısında hesab verəcəyini bilən bir insan hansı hadisə ilə üzləşir-üzləşsin, günahsız cana qıymaz. Nəinki vəhşilik törədərək bıçaqlayıb öldürdükdən sonra yandırmaq və cəsədini dərəyə atmaq...
İnsanı Allah yaradıb və təkamülçülərin iddia etdiklərinin əksinə, elmi fakt budur. İllər boyu, səhər-axşam insanlara təkamül cəfəngiyyatı yerinə elmin kainatın Allah tərəfindən yaradıldığını sübut etdiyi öyrədilsə, butun canlı-cansız varlıqlarınAllah’ın varlığını xatırlatdığı göstərilsə, insanlara amansızlıq, vəhşilik deyil, Quranın əmr etdiyi kimi sevgi, mərhəmət aşılansa, hər etdiyi əmələ görə Allah qarşısında cavab verəcəyi bildirilsə, təkamül inancının qan gölünə çevirdiyi dünya tamam fərqli olar. Çünki əxlaq dindən gəlir. Əxlaq normalarını qoyan Allah`dır. Allah`a iman, Allah sevgisi, Allah qorxusu olmadıqda, cəmiyyət məhvə doğru gedir, əxlaqi cəhətdən pozuntuya məruz qalır.

Sevinc Haqverdizadə


Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş