www.derinbilgiler.net » Məqalələr » Problemlər dövlətlə uzlaşaraq həll edilməlidir

 
 
 


Problemlər dövlətlə uzlaşaraq həll edilməlidir

Müəllif: Terish Tarix 22-01-2015, 11:05, Baxılıb: 344

0
Problemlər dövlətlə uzlaşaraq həll edilməlidir

Son günlər qardaş ölkə Türkiyədə baş verən hadisələr bir daha bizlərə kommunizmin bitmədiyini, sadəcə, bir müddət özünü bitmiş kimi qələmə verdiyini göstərdi. Kommunizmin əsas hədəfi dini dəyərləri ortadan qaldırmaq, yerinə dinsiz, anarxist, güclünün zəifi əzdiyi bir sistem, qısaca desək, darvinist sistem gətirməkdir.

Ötən əsrdə bütün dünyaya bəla, acı, zülm, vəhşilik gətirən ideologiyalara baxdığımızda da yenə başlarında olan liderlərin mərhəmətsiz və dindən uzaq şəxsiyyətləri qarşımıza çıxır. 20-ci əsrdə Quranda bəhs edilən firon xarakteri ilə tanınan insanların başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Tse-Tung, onların ideoloqları Karl Marks və Fridrix Engels kimi dinsiz və zalım liderlər gəlir. Çarlz Darvin isə bütün bu zalım liderlərin fikirlərini öz təkamül nəzəriyyəsi ilə bəsləmiş və dinsizliyə fərqli istiqamətdən liderlik etmişdir.

Kommunizm hələ də yaşayır. Özü də uzaqda deyil, yanımızdadır. Hal-hazırda kommunizm "bir irəli iki geri taktikası"nı tətbiq etmiş və geri addım atmışdır. Bu səbəblə, müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyətlərini davam etdirir, kommunist təhlükənin dünyada olmadığı fikrini təlqin edir. Ancaq kommunizm dialektik materializmin qarşıdurma iddiası ilə bütün insanlıq üçün hər şərtdə sonu olmayan qan tökmə “quyu”sudur.

Dövlət daxilində iğtişaşlar çıxarmaq, mövcud rejimə öz etirazını polis və əsgərləri öldürərək, dövlət qurumlarında yanğınlar çıxararaq, soyğunçuluq və s. şəkildə bildirmək kommunistlərə xas xüsusiyyətdir. Necə ki, Lenin bildirmişdir: “Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar çıxarmaq... Dövlətin xəzinələrindən pulları oğurlamaq... İnqilabçı kommunist güclər yenilməz silahlı bir güc olaraq ortaya çıxmaq, insanları öldürərək, bombalayaraq, binaları partladaraq qorxu yaymaq və bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluğu təşkil etmək iqtidara gəlməyimizin önəmli ünsürlərindəndir”. ( Vladimir Lenin,
Teorik ve pratik terror haqqında, Moskva 2005)

Bu gün də hər hansı mövzuda narahatlığı olan kəslər dövlətin apardığı siyasətin onlara zərər verdiyini düşünə bilərlər. Lakin bu zaman həll yolu dövlətə qarşı çıxmaq, küçələrə axışıb dövlətə etiraz etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir. Həll yolu problemlərin və tələblərin dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının axtarılmasıdır.

Belə ki, dövlətimizin bunun kimi tələb və problemləri həll edən mexanizmləri var. Dövlətimiz cəmiyyətin tələblərini dinləməyən bir qurum deyil. Əksinə, dövlət mövcud məhkəmə sistemi ilə vətəndaşların mənafelərini qorumağa yönələn quruluşdur. İstəyən hər kəs ərizə ilə dövlət orqanlarına müraciət edə bilər və kömək istəyə bilər. Hətta müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə sərbəst toplaşa bilər, fikirlərini demokratik yolla ifadə edə bilər.
Respublikamızın vətəndaşları bu xüsusları nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə zidd davranmaqla deyil, dövlətin rəsmi instansiyalarına müraciət etməklə və uzlaşma yolu ilə həll etməyə çalışmalıdırlar. Buna uyğun olmayan hərəkət onu edən şəxsə heç bir fayda verməməklə yanaşı, cəmiyyətimizə də yalnız narahatlıq verər.

Aysel vəlizadə

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş