www.derinbilgiler.net » Məqalələr » Əxlaqi degenerasiyanın səbəbi

 
 
 


Əxlaqi degenerasiyanın səbəbi

Müəllif: Terish Tarix 27-12-2014, 09:35, Baxılıb: 416

0
Əxlaqi degenerasiyanın səbəbi

Cəmiyyətlərdə baş verən əxlaqa uyğun olmayan hadisələrin, sosial ədalətsizliklərin, terrorun, asanlıqla törədilən cinayətlərin, xaosun və bütün zərərli vərdişlərin tək səbəbi kiçik yaşlardan uşaqlara darvinist, materialist düşüncələrin aşılanmasıdır. Bu ən çox məktəb və universitetlər, cəmiyyətdəki qəlibləşmiş sözlər, adət-ənənələr və psixologiya vasitəsilə aşılanır. İnsanlara hələ uşaq yaşlarından eqoistlik, xəsislik, qorxaqlıq, mərhəmətsizlik, ancaq özünü düşünmək kimi təlqinlər verilir. Məktəb və universitetlərdə isə bunun sözdə elmi dayağı olan darvinizm və materializm öyrədilir. Əsas öyrədilən mövzuya baxaq:

1. Bitkilər, heyvanlar, insanlar, ətrafda gördüyümüz bütün nizam, möhtəşəmlik təsadüfən, uzun illər ərzində öz-özünə meydana gəlib. Şüurlarda Allah`ın yaratmadığı fikri yerləşir və Allah (haşa) yoxdursa, hesab da yoxdur, hesab yoxdursa, vicdana tabe olmaq da yoxdur. İnsanı idarə edən nəfsdir. Heyvanların yemək üçün bir-birini parçaladığı, törəmək zamanı gələndə çoxaldığı və amansız mübarizədə həyatda qala bilmək üçün cəhd etdiyi kimi, insan da eynilə təkamül etmiş bir heyvan olduğu üçün bu sadaladıqlarımızı yaşamalıdır. Bunu isə saxtakarlıq və spekulyasiyalarla sözdə elmi bir təmələ əsaslandırıb insanlara aşılamağa çalışırlar.

Həyat mübarizə meydanıdır, bu mübarizədə güclülər həmişə qalib gəlir”. Bu təlqinə məruz qalan insan zəif olmamaq üçün özündən zəifləri əzərək güclü olmağa çalışır. Çünki o, əzməzsə, onu əzəcəklər. Bir sözlə, insanı asanlıqla nəfsinin idarə etməsinə zəmin hazırlanmışdır. Bunun əksinə olaraq isə gerçək İslam əxlaqı insanlara öyrədilməlidir. Dinin gözəlliyi, gətirdiyi rahatlıq, səmimiyyət, mərhəmət, şəfqət, vicdan, güvənilir mühit və sevgi aşılanmalıdır. Gerçək İslam deyirəm, çünki gerçək İslam xurafatçıların, İslamı gözdən salmaq üçün bidətlərin, saxta hədislərin din adı altında aşılamağa çalışdığı kimi ağlayan, qara geyinən, musiqidən, şən olmaqdan, estetikadan, elmdən, müasirlikdən uzaq olan və haramların çox olduğu bir din deyil. Tam əksinə, İslam elmə, səliqəli və baxımlı olmağa, estetikaya, musiqiyə, incəsənətə, gözəl olan hər şeydən zövq almağa, gözəl əxlaqa, vicdanlı, səmimi, dürüst, sevgi dolu, anlayışlı olmağa təşviq edən bir dindir. Belə bir dinin hakim olduğu cəmiyyətlərdə hər kəsin çox rahat, azad və eyni zamanda, güvənli olacağı və çox inkişaf edəcəyi bir mühit təbii ki, arzu olunan olar...

Ülviyyə Əliyeva

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş