www.derinbilgiler.net » Məqalələr » Cəmiyyətdə mərhəmətin yayılması üçün...

 
 
 


Cəmiyyətdə mərhəmətin yayılması üçün...

Müəllif: Terish Tarix 22-12-2014, 14:30, Baxılıb: 394

0
Cəmiyyətdə mərhəmətin yayılması üçün...

Cəmiyyətdə zülm və mərhəmətsizliyin həllini tapmamasının səbəbləri eqoistlik, şəxsi mənfəət, dünyəvi istəklər və laqeydlik kimi əxlaqi pozuntulardır. Bu pozuntuların aradan qalxmasının yeganə yolu da Quranın təqdim etdiyi əxlaq modelini təbliğ etmək, vicdansızlığa görə axirətdə cavab veriləcəyini xatırlatmaqdır.

Cəmiyyətdə bir davranışın yayılması üçün əvvəlcə o cəmiyyətin fərdləri bu davranışı və kökündəki anlayışı dərk edib mənimsəməlidirlər. Din əxlaqından uzaq yaşayan insanların gözəl əxlaqa yönəlmələri isə çox asandır. Mərhəmətə yönəlmək insanın verdiyi bircə qərar və niyyətdən asılıdır.

Mərhəmət hissləri ilə dolu insan baxdığı hər şeydə gözəllik və xeyir görər. Yoxsulları ehtiyacını təmin edər, acizləri qoruyar, ehtiyacı olana kömək edər. Allah sevgisi və Allah qorxusundan qaynaqlanan mərhəmətin olmadığı cəmiyyətdə isə varlı kasıbı doyurmaz, haqsızlığa məruz qalanın hüququ müdafiə edilməz, evsiz-eşiksiz insana kömək edilməz.

Mərhəmətin əsl mənasını və mərhəmətli insanın xüsusiyyətlərini öyrənmək üçün ən doğru mənbə Qurandır. Quranda insanları mərhəmətə təşviq edən bir çox ayə var.

İslam əxlaqının hakim olduğu cəmiyyət həm maddi, həm də mənəvi cəhətdən rahat olar. Belə cəmiyyətdə ehtiyacı olanlara ətrafdakı insanlar mütləq kömək edərlər. Uşaqlar sevgi və mərhəmətin hakim olduğu mühitdə böyüyərlər. Güclülər zəifləri qoruyarlar. Heç kim başqasının hüququnu tapdalamaz. Hamının bir-birinə dəstək olduğu bir cəmiyyətdə, əlbəttə, qorunmalı heç kim qalmaz.

Quran əxlaqı ilə tam yaşayan cəmiyyətdə ədalətsizlik, qarışıqlıq, təzyiq, zülm olmaz. Belə mühitdə həmişə şəfqət, mərhəmət, sülh və ədalət hakim olar.
Həqiqi ədalətin bərqərar olduğu cəmiyyətdə saxtakarlıq, mənfəət güdmə, bir-birinin hüququnu tapdalama kimi əxlaqi pozuntulara insanlar yol verməz. Çünki Quran əxlaqının əsas xüsusiyyətlərindən biri olan xeyirxahlıq, mərhəmət kimi vicdanlı davranışlar nəticəsində mütləq ədalətli mühit formalaşar və hər kəsin hüququ qorunar. Bütün bunların nəticəsində də cəmiyyətə sülh və əmin-amanlıq hakim olar. Elə isə bütün müsəlmanlar Allah’ın razı qaldığı əxlaqı, haqq dini bütün dünyaya təbliğ etməlidirlər.

Nərmin Kərimzadə

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş