www.derinbilgiler.net » Məqalələr » Yeni sivilizasiya qurulmalıdır

 
 
 


Yeni sivilizasiya qurulmalıdır

Müəllif: Admin Tarix 9-05-2014, 03:35, Baxılıb: 1432

0
Yeni sivilizasiya qurulmalıdır


90-cı illərdən etibarən gündəmdə olan tarixin sonu və sivilizasiyaların qarşıdurması kimi məfhumlardan sonra XXI əsrin, bəlkə də, ən çətin dövründə yaşayırıq. Həqiqət bundan ibarətdir ki, bu məfhumların heç biri əsaslı deyil və həll yolu deyil, dünyanın təcili surətdə yeni bir sivilizasiyaya ehtiyacı var.

Getdikcə tənhalaşan və sevgidən uzaqlaşan insanlar, əxlaqi degenerasiya, iqtisadi böhran, yoxsulluq, terror, anarxiya, qarşıdurmalar artıq dünyanın sadəcə müəyyən bölgələrini əhatə etməklə qalmır. Baş verənlər sadəcə bir bölgədə deyil, bütün dünyada bəzi şeyləri dəyişdirmək lazım gəldiyini göstərir.

Keçən əsrdə zülmün mərkəzində olan İslam dünyası bu əsrdə irəliləyişin lideri ola bilər. İslamı tanımayan bir çox insan ilk baxışda bunun necə olacağını anlamaya bilər, halbuki bu, çox asandır. Sevməyi bilməyənlərin 1400 ildir din adı altında müsəlmanların üstünə yüklədikləri bütün zəncirləri qırıb Quranın sevgi dolu ruhuna tabe olmaqla, həsrətində olduğumuz sivilizasiyanı qurmaq mümkündür.

Təqribən 150 ildir elmi, incəsənəti, texnologiyanı, keyfiyyəti, mədəniyyəti müsəlmanların əlindən alıb, əllərini-qollarını bağlayan xurafatçılığın necə böyük bəla olduğunu görməmək mümkün deyil. Bəzi qərblilər bu bəlanı aradan qaldırmaq üçün İslama qarşı çıxmağı üstün tuturlar. Halbuki, bu, bəlanı daha da böyüdür, radikalizmə və zorakılığa təşviq edir. Xurafatçılığın və zorakılığın çarəsi Qurandır.

Tədqiqata və təhlilə təşviq edən, incəsənətə və gözəlliyə dəyər verən, qadınların dövlət idarəçiliyində önünü açan, azad düşünməyi təmin edən, insanların üzərindəki hər cür təzyiqin qalxmasının tərəfdarı olan, düşüncə və inancından asılı olmayaraq, insanların yaxşı yaşamasını irəli sürən, sevinci, dinamikliyi, yaradıcılığı istəyən Quran əxlaqı müsəlmanların yeganə çıxış yoludur.

Müsəlmanlar bu əxlaqın qazandırdığı düşüncə tərzi ilə yanaşdıqda təkcə İslam dünyasını xilas etməyəcək, eyni zamanda, bütün dünyaya istiqamət verən yeni sivilizasiya quracaqlar və insanlara yol göstərən işıq olacaqlar.

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.