www.derinbilgiler.net » Məqalələr » Niyə İslam birliyi?

 
 
 


Niyə İslam birliyi?

Müəllif: Admin Tarix 12-12-2013, 17:00, Baxılıb: 970

0
Niyə İslam birliyi?



Demək olar ki, hər gün dünyanın müxtəlif bölgələrində günahsız müsəlmanların öldürülməsi ilə bağlı xəbərlər yayımlanır. Fələstin, İraq, Şərqi Türküstan, Suriya, Pakistan, Əfqanıstan, Birma və Patanidə müsəlmanlara 100 ildən çoxdur ki, işgəncələr verilir, təzyiq edilir. Bu ölkələrdə tez-tez vətəndaş müharibələri, qarşıdurmalar olur, insan haqlarının pozulması halları ən yüksək səviyyədə baş verir. Müdafiəsiz insanları evlərindən sürgün edirlər, etiraz edənləri isə şəhid edirlər.

Son illərdə isə müsəlmanlara edilən zülmlərin təzyiqi daha da artırılmışdır. Bir neçə ay əvvəl Misirdə, Suriyada baş verən qarşıdurmalarda minlərlə insanın şəhid edildiyinin hamımız şahidi olduq. Bu qarşıdurmalar hazırda da davam edir. Hər gün günahsız yüzlərlə insan öldürülür. Birmada yaşayan müsəlmanlara ağlagəlməz işgəncələr verilir, xalq öz evindən didərgin salınır, çarəsiz qalan müsəlmanlar sığınmaq üçün müxtəlif Avropa ölkələrinə üz tuturlar.

Dünya bu zülmlər qarşısında susur, KİV-lərdə bu haqda yazılar yazılmır, heç kim çarəsiz və məzlum müsəlmanların öldürülməsinə etiraz etmir. İnsan haqlarını qorumaq adına bəzi təşkilatlar qınayıcı bəyanatlar yayımlasalar da, işin əslində heç kimi müsəlmanların öldürülməsi maraqlandırmır. Bəs İslam aləmi bu hadisələrə necə münasibət göstərir?

Bütün İslam ölkələri susur... İslam birliyi xaricində bütün birliklərdən: NATO, AB, BMT və s. kömək gözləyirlər, onlara sığınırlar. Halbuki 1,5 milyardlıq İslam aləmi birləşib bu zülmlərə həll yolları tapa bilər.

Amma müsəlman dünyası ne edir? Sadəcə gündəlik xəbərlərdə izlədiyi ölüm xəbərlərini qınayır, və ya “Mən nə edə bilərəm ki?” – deməklə öz vicdanını susdurur. 2 ildən artıqdır B.Əsadın qətliamlarına göz yumanlar müsəlmanlardır. Misirdə, Birmada, İraqda günahsız insanların öldürülməsinə səssiz qalanlar müsəlmanlardır. Ancaq öz rahatlığı üçün yaşayanlar yenə də müsəlmanlardır...

Görəsən, daha nə qədər müsəlman öldürülməlidir ki, İslam dünyası oyansın? İnsanlar öz ailə üzvlərinin də şəhid edilməsinimi gözləyirlər? Bu zülmün bitməsi üçün İslam aləmi nə gözləyir?

Bu nöqtədə İslam ölkələrinin ən ağıllı çıxış yolu birləşib “İslam birliyi”ni qurmaqdır. Necə ki, Avropa ölkələri, öz aralarında bütün fikir ayrılıqlarına rəğmən birləşə bilirsə, eyni şəkildə, müsəlman ölkələri də birləşə bilər. Və məhz İslam ölkələri öz gücünü birləşdirdiyi təqdirdə, yenilməz, güclü və ədalətli bir İslam hakimiyyətini bütün dünyaya təqdim edə biləcəklər. Çünki Avropa birliklərinin mənfəətə əsaslanan birliyinin əksinə, İslam birliyi vicdana və Quran əxlaqına əsaslanacaqdır. Bütün dünyada zülmlərin bitməsi üçün, ədalətin bərpa olması üçün, bütün dinlərdən insanların rahat yaşaması üçün: Dünya İslam birliyinə möhtacdır!

Aysel Vəlizadə


Aysel Velizade facebook profil

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş