www.derinbilgiler.net » Məqalələr » Kimsə məktəb terrorlarının arxa planına baxmır

 
 
 


Kimsə məktəb terrorlarının arxa planına baxmır

Müəllif: Admin Tarix 10-12-2013, 20:19, Baxılıb: 1205

0
Kimsə məktəb terrorlarının arxa planına baxmır



Son illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrini KİV depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

ABŞ-ın Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Klibold 20 aprel 1999-cu ildə məktəbə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin “təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdır.



Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini bəlli edən futbolka geyinmişdi. Futbolkasının üstündə “TƏBİİ SEÇMƏ” yazılmışdı. Terrorda 13 yaşlı qızı Reyçılı itirən, oğlu Kreqi çətinliklə xilas edən Darel Skot bu hadisəni belə danışır:

“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Harris tələbələrə atəş açarkən üstündə “təbii seçmə” yazılmış futbolka geyinmişdi. Zəifləri öldürərək təbii seçməyə kömək etdiklərini etiraf etdikləri video da üzə çıxıb. Özlərini təbii seçmənin nəticəsi olaraq sinif yoldaşlarından üstün görürdülər.”

Harris insanları və bitkiləri peyvənd etməyin təbiətin lazımsız otları təmizləmə prosesinə müdaxilə etmək olduğunu deyən darvinistdir. Hətta təhlükəli qidaların üstündə belə xəbərdarlıq etiketlərinin olmamasını demiş, “təbii seçmənin öhdəsinə buraxaq, bütün kök, çirkin, şikəst, topal, axmaqlar ölər və bəlkə bu yolla bəşəriyyət özü ilə fəxr edə bilər” demişdir.

Kolumbaynda öldürülən altı uşağın ailəsinə vəkillik edən Barri Arrinqton Erik Harrisin Darvinə nə qədər bağlı olduğundan belə bəhs edir:

“Erik Harrisin bütün gündəliklərini oxudum, səs kasetlərini dinlədim, video kasetlərinə baxdım. Başa düşdüm ki, Harris şüurlu şəkildə öz davranışlarını təkamül haqqında öyrəndiklərinin məntiqli nəticəsi hesab edirdi. Darvinizm onun əməllərinin intellektual əsası idi. Harrisin Darvinə sitayiş edən birisi olduğuna və özünü onun prinsiplərini tətbiq edən biri hesab etdiyinə heç şübhə yoxdur.”

“Psikiyatri ve Hayat” adlı internet saytında Kolumbayn terrorunun təfərrüatlarına və cinayətkarların psixoloji analizlərinə toxunan psixiatr Dr. Kubilay Boğoçlu qırğını törədənlərin ilk qurbanının xüsusi seçildiyini vurğulamışdır. İlk qurban tələbə qız Reyçl Skot idi. Məktəbdə Reyçlın oynadığı bir səhnəciyin adı “Quzuları qorumaq” idi. Klibold bu layihə haqqında layihənin hazırlanmasında Reyçıla kömək etdiyi üçün bilirdi. Yəni ilk qurban zəiflərin qorunmasını izah edən səhnəcik hazırlamışdı.

Harris və Klibold özlərini üstün, güclü canlılar hesab edir, zəifləri məhv etməli olduqlarına inanırdılar. Harris zəifləri aradan qaldırmaq yolu ilə təbii seçmə prosesini izah etdiyi bir videoda “təkamül keçirərək sinif yoldaşlarından daha üstün səviyyəyə çatdıqlarını” açıq-aşkar demişdi.

Təkamül nəzəriyyəsinin “həyatın guya müharibə meydanı”, fiziki qüvvə tətbiq edərək üstünlük əldə etməyin də “təbiətin qanunu” olduğu” kimi təcavüzkarlığa və əxlaqi degenerasiyaya təşviq edən məntiqinin son dövrdə məktəblərdə meydana gələn qeyri-əxlaqi cərəyanlara və zorakılıq hadisələrinə təşviq etdiyi inkaredilməz faktdır.

Darvinizmin cəmiyyətdəki məhvedici təsiri nəzərə alınaraq məktəblərdə birtərəfli darvinist təhsilə son verilməlidir.

Bütün bu hadisələrin əsl mənbəyi məktəblərdə hələ də tədris edilən təkamül nəzəriyyəsidir. Məlum olduğu kimi, təhsil müəssisələrində şagird və tələbələrə həyatın yer üzündə öz-özünə əmələ gəldiyi və insanın təbii seçmə nəticəsində meydana gəlmiş meymun növü olduğu “elmi fakt” kimi öyrədilir. Yokela, Kolumbayn və Virciniya Texniki Universiteti qırğınlarını törədən canilər də məktəbdə darvinist təhsil almış insanlardır.
Təkamül nəzəriyyəsi dərsliklərdə elmi həqiqət kimi öyrədilir və darvinizmlə yanaşı qarşı fikir, yəni kainatın və insanların Allah tərəfindən dəyərli məqsəd uğrunda yaradılmasının elmi yolla öyrədilməsi qadağandır. Təkamül nəzəriyyəsi birtərəfli şəkildə, “elmi fakt” kimi göstərilərək tədris edilir. Halbuki təkamül elmi dəlillərlə süqut etmiş əsassız nəzəriyyədir. Xəbərlərdə əks olunan qırğın hadisələri ilə yanaşı, bir çox fərdi intihar hadisəsi və əxlaqi pozuntunun ardında da darvinizm dayanır.

Tez zamanda təkamül nəzəriyyəsinin birtərəfli tədris edilməsinə son qoymalı və dərsliklərdə təkamül nəzəriyyəsini təkzib edən elmi faktlara da yer verilməlidir.

Təhsil siyasətini müəyyən edənlər darvinist təhsilin bu cür nəticələr verəcəyini bilməli, bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Dərsliklər buna əsasən tərtib edilməli, gənclərə darvinizmin elmi cəhətdən süqutu və ideoloji arxa planı haqqında məlumat verilməlidir.

Bölmə: Məqalələr

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş