www.derinbilgiler.net » Darvinistlərə Cavab » Yaradılış Gercəyi » Quranda təkamül yolu ilə yaradılış yoxdur, çünki bütün insanlar, peyğəmbərlər və hz.Adəm (əs) kainat yaradılmamışdan əvvəl zərr aləmində mövcud idi

 
 
 


Quranda təkamül yolu ilə yaradılış yoxdur, çünki bütün insanlar, peyğəmbərlər və hz.Adəm (əs) kainat yaradılmamışdan əvvəl zərr aləmində mövcud idi

Müəllif: Admin Tarix 18-09-2017, 15:23, Baxılıb: 28

0
Quranda təkamül yolu ilə yaradılış yoxdur, çünki bütün insanlar, peyğəmbərlər və hz.Adəm (əs) kainat yaradılmamışdan əvvəl zərr aləmində mövcud idi

Təkamül elm deyil. Paleontologiya, biologiya, genetika, kimya, zoologiya, arxeologiya və astronomiya elmdir, bütün elm sahələri də təkamül prosesinin olmadığını göstərir. Təkamül şumerlərdən, qədim Misirdən, yunanlardan dövrümüzə qədər gələn bütpərəst inanc və cəfəngiyyatdır. İsrarla gündəmdə tutulmasının səbəbi isə ideolojidir. İngiltərə dərin dövləti tərəfindən insanları dindən uzaqlaşdırmaq üçün irəli sürülür. İngiltərə dərin dövlətinin bu təbliğatı İslam aləminə də təsir edib. Bəzi insanlar zənn edirlər ki, təkamülün əleyhinə olanda elmə də qarşı çıxırsan, ona görə də başdan məğlubiyyəti qəbul edirlər. Bəziləri də İngiltərə dərin dövlətinin tam təsirinə düşdüyünə görə İslamla təkamülü əlaqələndirməyə çalışır. Bu, əbəsdir, çünki Quranda təkamül qəti şəkildə yoxdur.

Əlbəttə ki, Allah istəsə idi, canlıları təkamüllə də yarada bilərdi. Ancaq Quranda bununla bağlı hər hansı məlumat yoxdur. Təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələ-mərhələ yaranmasını təsdiqləyən heç bir ayə yoxdur. Əgər belə yaradılış forması olsa idi, Quran ayələrində bu proses ətraflı izah olunardı. Ancaq tam əksinə Quranda həyatın və kainatın Allahın "Ol" əmri ilə möcüzəvi şəkildə var edildiyi bildirilir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: 'Ol!'– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Quranda bildirilən həqiqət insanın yoxdan, ən gözəl biçimdə yaradılmasıdır:

O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabün surəsi, 3)

Allah Quranda kainat yaradılmamışdan əvvəl insanları zərr aləmində var etdiyini və hamısının Ona söz verdiyini bildirmişdir:

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: 'Mən sizin Rəbbiniz deyiləmmi?'(–deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: 'Bəli, biz şahid olduq!'– demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: 'Biz bundan xəbərsiz idik!'– deməyəsiniz. (Əraf surəsi, 172)

Göründüyü kimi, ayədə kainat hələ yaradılmamışdan əvvəl insanların yaradıldığı, qüsursuz və tam olaraq mövcud olduqları və Allaha söz verdikləri bildirilmişdir. Ayədəki məlumata görə kainat hələ yox idi, amma danışan, eşidən, söz verən, bütün bədən üzvləri və fiziki xüsusiyyətləri yerində olan insanlar vardı.

Quranın başqa ayəsində isə insanların iki dəfə ölüb dirildikləri xəbər verilir:

Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı? (Ğafir surəsi, 11)

Bu ayədə bildirilən ilk ölüm və dirilmə zərr aləmində insanlar söz verdikdən sonra bir növ ölmələri, sonradan Allahın ana və atanın vasitəsilə dünyaya gəlmələri, yəni dirilmələridir. İkinci ölüm isə dünyadakı bildiyimiz fiziki ölüm olacaq, axirətdə də ikinci dəfə dirilmə baş verəcək.

Göründüyü kimi, Quranda təkamül yolu ilə yaradılış olduğunu deyənlərin "mərhələ-mərhələ insan yarandı" iddiaları tamamilə əsassızdır. İnsan dünyada mərhələ-mərhələ formalaşmayıb. Zərr aləmində bütün insanlar, hz.Adəm (əs) və digər peyğəmbərlər var. Hz.Adəm (əs) və digər insanların müəyyən təkamül mərhələlərindən keçərək bugünkü insan olduğu iddiası doğru deyil.

Bütün insanlar kimi hz.Adəm (əs) də zərr aləmində mövcud olmuş, sonra cənnətdə yaradılmış, sonra da dünyaya göndərilmişdir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: 'Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!' - (Sad surəsi, 71-72)

Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: 'Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır'. (Bəqərə surəsi, 36)


Bir başqa Quran ayəsində isə bütün insanların zərr aləmində Allaha verdikləri söz belə bildirilir:

Allahın sizə göstərdiyi lütfkarlığını və siz: 'Eşidirik və itaət edirik!'– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Maidə surəsi 7)

Təkamülçülərin iddia etdiyi kimi, zərr aləmində Allaha söz verənlər yarımçıq, bədən üzvləri tam inkişaf etməmiş, yarı insan-yarı başqa varlıqlar deyillər. Tam və şüurlu insanlardır. Bu həqiqət Quranda təkamüllə yaradılış olmadığının açıq sübutudur.

Bölmə: Darvinistlərə Cavab » Yaradılış Gercəyi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.