Yaradılış gerçəyi

Müəllif: Admin Tarix 4-11-2011, 00:22, Baxılıb: 1304

0
Yaradılış gerçəyi


Ara nümunələrin izi yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun bir zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.
Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız "ara növlər" meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara "ara keçid nümunəsi" adını verirlər.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər.

Darvinin puç olan ümidləri

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil araşdırmaları aparıldığı halda keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek W.Ager bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük.

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas Futuyma tərəfindən də qəbul edilir:
Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni "növlərin mənşəyi" Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır





Bölmə: Darvinistlərə Cavab » Yaradılış Gercəyi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş