www.derinbilgiler.net » Darvinistlərə Cavab » Təkamül Yoxdur » Batil olan hər şey Haqq qarşısında yox olar

 
 
 


Batil olan hər şey Haqq qarşısında yox olar

Müəllif: Admin Tarix 20-11-2017, 11:54, Baxılıb: 133

0
Batil olan hər şey Haqq qarşısında yox olar

Hər batil din mütləq uğursuz olacaqdır. Bu, Allahın dəyişməyən qanunudur. İstədiyi qədər uğurlu görünsün, istədiyi qədər dünyaya hakim olsun, istədiyi qədər geniş kütlələrə çatırmış və ard-arda uğurlar qazanırmış kimi görünsün, batil olan hər din mütləq məhv olacaqdır. Allahın qanununda heç bir zaman heç bir dəyişiklik yoxdur.

Darvinistlər Allahın bu böyük sirrindən xəbər tutmadılar. Allahın hər sapqın fikri mütləq yerlə yeksan edəcəyinə inanmadılar. Onlara yenə Allah tərəfindən verilmiş olan müvəqqəti qələbəni bir qazanc və üstünlük zənn etdilər. Bu saxta qələbəylə öyündülər və günlərin bir günü saxtakar kimi xatırlanacaqlarını heç hesaba almadılar.

Hesaba almadıqları şey gözləmədikləri anda başlarına gəldi. Üzləşdikləri ağır məğlubiyyəti təəccüblə izləməyə başladılar. Bunun necə olduğundan heç cür baş aça bilmədilər. Bütün dünyada dövlət qanunlarıyla qorunan, məktəblərdə oxudulan, professorlara zorla qəbul etdirilən, kütləvi mətbuat tərəfindən, demək olar ki, yekdilliklə dəstəklənib müdafiə edilən və milyonlarla dollarlıq maddi büdcə ilə davamlı surətdə dəstəklənən təkamül nəzəriyyəsinin, necə oldu ki, beləcə silinib getdiyi heç cür ağıllarına batmadı. Təkamül dövlət qanunlarıyla bu qədər möhkəm mühafizə altında ikən; illərdir gizlətməyə çalışdıqları və təkamülü qəti şəkildə təkzib edən fosillərin, necə oldu ki, birdən-birə üzə çıxdığı, tək bir zülalın təsadüfən yarana bilməyəcəyi gerçəyinin necə ifşa edilə bildiyi ağıllarına batmadı. Təəssüf və heyrətlə darvinist diktatorluğun onları artıq qoruya bilmədiyinin fərqinə vardılar.

Bu böyük məğlubiyyət darvinistlərin yeganə istinad nöqtəsi olan demaqogiya və təbliğatın da sonunu gətirdi. Darvinistlər, vaxt gələcək, əllərindəki tək aldatma üsulundan imtina etmək məcburiyyətində qalacaqlarını, yəqin ki, heç bir zaman düşünməmişdilər. Mətbuat-nəşriyyat yoluyla, təzyiq və zor yoluyla, yalan və aldatma üsulundan istifadə edərək kütlə təlqini aparmaqlarının heç üzə çıxmayacağını zənn etmişdilər. Gözləmədikləri anda oyunlarının ifşa ediləcəyini, yəqin ki, heç ummurdular.

İndi artıq darvinistlər üçün geriyə qayıtmağa yol qalmayıb.“Keçid fosil tapıldı”, “itkin halqa üzə çıxdı” fəndlərinin əsl üzü ortaya çıxmışdır. Artıq insanların çox böyük bir hissəsi təkamülün sübutsuz, içi puç saxtakarlıq olduğunu çox yaxşı başa düşmüşdür. Darvinistlər çox da istədikləri təbliğat metodunu işə salsınlar, istədikləri kimi saxta dəlillər düzəldib bunları həqiqi imiş kimi göstərsinlər, əsla o təntənəli günlərinə geri qayıda bilməyəcəklər. Darvinist yalan artıq dünya üzərində sona çatmışdır. Yaşanılan bu dövr darvinist yalanın son bir cəhdlə, güclə ayaq üstə saxlanılmağa çalışıldığı, ancaq yenə də darvinistlər baxımından dəhşətli bir məğlubiyyətin yaşanıldığı dövrdür.

Burada xatırladılmalı olan çox mühüm daha bir həqiqət vardır. Darvinistlər baxımından hələ gec deyildir. İndiyə qədər etdikləri bütün yanlışlardan dönmək və bunu düzəltmək imkanları hələ də vardır. Darvinistlərin bütün gücün Uca Allaha aid olduğu və Allahın uca təqdirinin mütləq gerçəkləşəcəyini anlama vaxtları gəlmişdir. Bu, onlara fayda gətirəcək, həm dünyada, həm də axirətdə şərəfli bir həyata qovuşmalarına vəsilə olacaqdır. Unudulmamalıdır ki, onlar istədikləri qədər dünya üzərində təkəbbür göstərsinlər, istədikləri qədər Haqqa və doğruya qarşı haqsız mübarizə içində olsunlar (Allahı tənzih edirik), mütləq Uca Rəbbimiz olan Allahın təqdiri yerinə yetəcəkdir. Darvinizm bu əsrdə qəti şəkildə sona çatacaq və Uca Allahın haqq olan dini darvinistlər istəsə də, istəməsə də, bütün dünyaya hakim olacaqdır. Allahın vədi Haqdır və Haqq olan mütləq gerçəkləşəcəkdir. Allah ayələrində belə bildirir:

“De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”” (İsra surəsi, 81)

“Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin əksəriyyəti bilməz”. (Yunus surəsi, 55)

“Səbr et. Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et. Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür vardır. Onlar heç vaxt ona (böyüklüyə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, eşidəndir, görəndir!” (Mömin surəsi, 55-56)

“De ki: “Haqq gəldi. Batil nə (bir şeyə) başlayar və nə də yeniləşdirər”. (Səba surəsi, 49)

Bölmə: Darvinistlərə Cavab » Təkamül Yoxdur

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.