www.derinbilgiler.net » Darvinistlərə Cavab » Təkamül Yoxdur » Çünki, təkamül Darwinin təxəyyülünə əsaslanır

 
 
 


Çünki, təkamül Darwinin təxəyyülünə əsaslanır

Müəllif: Admin Tarix 4-11-2011, 00:00, Baxılıb: 1282

0
Çünki, təkamül Darwinin təxəyyülünə əsaslanır


Təkamül nəzəriyyəsini hazırda müdafiə olunan şəkliylə ortaya atan adam, həvəskar təbiət alimi olan İngilis Çarlz Robert Darvindir. Darvin heç vaxt həqiqi biologiya təhsili almamışdı. Təbiət və canlılar mövzusunda yalnız həvəskar marağa sahib idi. Bu marağın nəticəsi olaraq 1832-ci ildə İngiltərədən yola çıxan və beş il müddətində dünyanın fərqli bölgələrini gəzən H. M. S. Bilq adlı rəsmi kəşf gəmisində könüllü olaraq iştirak etdi. Gənc Darvin bu gəzinti əsnasında gördüyü fərqli canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərindən çox təsirlənmişdi. Bu quşların dimdiklərindəki fərqlərin ətrafa uyğunlaşmalarından qaynaqlandığını düşündü. Bu düşüncəylə canlılardakı bütün fərqliliyin mənşəyində "ətrafa uyğunlaşma" anlayışının olduğunu fərz etdi. Darvin bu düşüncəsi ilə Allahın canlı növlərini ayrı-ayrı yaratdığı gerçəyinə qarşı çıxmış və canlıların ortaq atadan gələrək təbiət şərtləri nəticəsində bir-birlərindən fərqliləşdiklərini ortaya qoymuşdur.

Darvinin bu fərziyyəsi heç bir elmi tapıntı ya da təcrübəyə söykənmirdi. Ancaq Darvin dövrün məşhur materialist bioloqlarından aldığı dəstək və təşviqlərlə bu fərziyyələrini zamanla iddialı nəzəriyyə halına gətirdi. Bu nəzəriyyəyə görə canlılar tək primitiv atadan gəlirdilər, amma çox uzun müddət ərzində kiçik-kiçik dəyişmələrə uğramışdılar və beləcə fərqliləşmişdilər. Mühitə ən yaxşı şəkildə uyğunlaşanlar xüsusiyyətlərini gələcək nəsillərə köçürür, beləcə bu faydalı dəyişmələr zamanla yığılaraq fərdi, atalarından tamamilə fərqli canlıya çevirirdi. (Bu "faydalı dəyişmələr"in mənşəyinin nə olduğu isə məchul idi.) Darvinə görə insan da bu xəyali mexanizmin ən inkişaf etmiş məhsulu idi.


Darvin təxəyyülündə canlandırdığı bu mexanizmə "təbii seçməylə təkamül" adını verdi. Artıq "növlərin mənşəyi"ni tapdığını düşünürdü: Bir növün mənşəyi başqa bir növ idi. Bu fikirlərini 1859-cu ildə "Növlərin Mənşəyi" adlı kitabında açıqladı.

Ancaq Darvin nəzəriyyəsinin bir çox açmazla qarşı-qarşıya olduğunu hiss edirdi. Bunları kitabının "Nəzəriyyənin Çətinlikləri" (Difficulties on Theory) adlı hissəsində etiraf edirdi. Bu "çətinliklərin" başında qalıqlar, canlılardakı təsadüflə açıqlanması mümkün olmayan kompleks orqanlar (məsələn göz), canlıların instinktləri kimi mövzular gəlirdi. Darvin bu çətinliklərin irəlidə ediləcək yeni kəşflərlə həll ediləcəyini ümid etmiş, bəzilərinə də çox az şərhlər gətirmişdi. Amerikalı fizik Lipson Darvinin bu "çətinlikləri" haqqında bu şərhi edir:

"Növlərin Mənşəyini" ilk oxuduğum zaman Darvinin ümumiyyətlə təqdim edilən tablonun əksinə, özündən çox əmin olmadığını hiss etmişdim. "Nəzəriyyənin Çətinlikləri" başlıqlı hissə, məsələn, çox nəzərə çarpan etibarsızlıq əks etdirir. Fiziki olaraq gözün necə yaranmış ola biləcəyi haqqındakı şərhləri qarşısında heyrətə gəldim.

DARVİNİN ZAMANINDAKI PRİMİTİV ELM VƏ TEXNOLOGİYA


. Hüceyrənin quruluşunun araşdırılması ancaq elektron mikroskopunun olmasıyla mümkün ola bildi. Darvin zamanında isə yanda görülən primitiv mikroskoplarla hüceyrənin ancaq xarici səthi görünmüşdü.
Darvin fərziyyələrini ortaya qoyduğu dövrdə genetika, biokimya, biomimetika kimi elm sahələrinin hələ heç biri yox idi. Əgər bu elmlər Darvinin tezisindən əvvəl kəşf edilmiş olsaydı, Darvin nəzəriyyəsinin tamamilə elmdən kənar olduğunu görəcək və bu cür mənasız iddiaya cəhd etməyəcəkdi. Çünki növləri təyin edən məlumatlar genlərdə mövcud idi və təbii şərtlərin genlərdə dəyişikliklər meydana gətirərək yeni növlər törətməsi mümkün deyildi. Yenə o dövrdə elm dünyası hüceyrənin quruluşu və funksiyaları haqqında son dərəcə primitiv anlayışa sahib idi. Əgər Darvin elektron mikroskopuna sahib olsaydı hüceyrədəki və hüceyrənin orqanoidlərindəki ağlasığmaz kompleks quruluşuna şəxsən şahid olacaqdı. Bu cür kompleks sistemin kiçik təsadüfi dəyişmələrlə meydana gələ bilməyəcəyini öz gözləriylə görəcəkdi. Əgər biomimetikadan xəbəri olsaydı, nəinki hüceyrənin, zülal molekulunun belə təsadüflərlə meydana gələ bilməyəcəyini anlayacaqdı.
Darvinin ən böyük çətinliyi isə nəzəriyyəsinin problemlərinə çarə gətirməsini ümid etdiyi elmin gerçəkdə bu problemləri böyük ölçülərə daşıması olacaqdı. Darvin nəzəriyyəsini təkmilləşdirərkən, özündən əvvəlki bir çox təkamülçü bioloqdan, xüsusilə də Fransız bioloq Lamarkdan təsirlənmişdi. Lamarcka görə canlılar həyatları əsnasında qazandıqları xüsusiyyətləri sonrakı nəsilə köçürür, beləliklə təkamülləşirdilər. Məsələn: zürafələr, ceyranabənzər heyvanlardan törəmişdilər, yüksək ağacların yarpaqlarını yemək üçün çalışarkən nəsildən-nəsilə boyunları uzanmışdı. Darvin də canlıları təkamülləşdirən faktor olaraq Lamarkın "qazanılmış xüsusiyyətlərin köçürülməsi" tezisinə müraciət etdi.

Halbuki, həm Lamark, həm də Darvin yanılırdılar. Çünki o dövrdə canlılıq çox primitiv texnologiya ilə çox az səviyyədə araşdırıla bilirdi. Genetika və biokimya kimi elm sahələrinin hələ adları belə yox idi. Nəzəriyyələri yalnız təxəyyülə əsaslanırdı.

Darvinin kitabının əks-sədaları davam edərkən Avstriyalı bioloq Qreqor Mendel 1865-ci ildə varislik qanunlarını kəşf etdi. Mendelin əsrin sonuna qədər çox eşidilməyən kəşfləri 1900-cü illərin əvvəlində genetika elminin ortaya çıxmasıyla əhəmiyyət qazandı. Yenə eyni illərdə genlər və xromosomların quruluşu kəşf edildi. 1950-ci illərdə genetik məlumatı saxlayan DNT molekulunun kəşfi isə nəzəriyyəni böyük böhrana saldı. Çünki həm canlılığın Darvinin sandığından daha kompleks olduğu, həm də Darvinin qarşıya qoyduğu təkamül mexanizmlərinin etibarsızlığı ortaya çıxmışdı.
Bütün bunların Darvinin nəzəriyyəsini tarixin tozlu rəflərinə qaldırması lazım idi. Ancaq müəyyən çevrələr israrla nəzəriyyəni yeniləməyə və hər nə şəkildə olursa-olsun elmi platformaya yerləşdirməyə çalışdılar. Bütün bu səylər nəzəriyyənin ardında elmi qayğılardan çox ideoloji bəzi hədəflərin olduğunu göstərməsi baxımından olduqca mənalı idi.





Bölmə: Darvinistlərə Cavab » Təkamül Yoxdur

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş