www.derinbilgiler.net » İlanın hərəkətini asanlaşdıran elastik dərisi

 
 
 


İlanın hərəkətini asanlaşdıran elastik dərisi

Müəllif: Admin Tarix 13-11-2017, 15:10, Baxılıb: 54

0
İlanın hərəkətini asanlaşdıran elastik dərisi

Allah ilanların dərisini xüsusi olaraq yaratmışdır. Əgər bu canlıların dəriləri digər canlılar kimi olsa idi, süründükləri zaman dəri parçalana bilərdi. Əgər sümük kimi sərt olsa idi, əyilib bükülə bilməz və dar yerlərdən sürünərək sürətlə keçə bilməzdi. Allah ilanların dərilərini keratin pulcuqlarla örtərək qıvrıla biləcəkləri və sürünərək hərəkət edərkən dərilərinin parçalanmayacağı şəkildə yaratmışdır. Bu pulcuqlar daima yerdəki çıxıntıların dəstəyi ilə ilanın hərəkətinə imkan yaradır. Pulcuqların uc hissəsindəki boşluqlarda toxunma hissi yaradan kiçik orqanlar da vardır və bu orqanlar canlının nizamlı hərəkət etməsini asanlaşdırır.

Bu məqalədə göstərdiyimiz bir çox nümunədən də görürük ki, Allah canlıların dərilərini yaşamalarına imkan yaradacaq və həyatlarını asanlaşdıracaq bir çox xüsusiyyətlərlə yaratmışdır. Sistemlərin hər birinin xüsusiyyətləri və funksiyaları bir-birindən fərqlidir, biri olmadan digəri heç bir fayda verməz, hər hansı bir əksiklik və ya maneə olduqda isə canlılar xarici mühitin mənfi təsirlərinə məruz qalaraq ölərlər.

Canlıların dərilərindəki bütün bu xüsusiyyətləri elm və güc sahibi olan Allah yaratmışdır. Uca Rəbbimiz yaratmasındakı üstünlüyü Quranda bu cür açıqlamışdır:

...Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 116-117)


Canlıların dərilərindəki mükəmməl xüsusiyyətlərin təsadüfən yaranması mümkün deyil. Dərilərindəki xüsusiyyətlər eyni anda yaradılmasa idi, canlılar həyatlarını davam etdirə bilməzdilər. Darvinin irəli sürdüyü təsadüfi mərhələlər heç vaxt olmamışdır. Hətta tək bir təsadüfi hadisəyə yer verilməyəcək qədər mürəkkəb sistemlər mövcuddur. Bütün bu sistemlərin Yaradıcısı onları hər an nəzarətində saxlayan, yerdə və göydə olan hər şeyin hakimi uca Allahdır.

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Bölmə: ---

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.