www.derinbilgiler.net » Balıqların dayanıqlı dəriləri

 
 
 


Balıqların dayanıqlı dəriləri

Müəllif: Admin Tarix 9-11-2017, 06:01, Baxılıb: 85

0
Balıqların dayanıqlı dəriləri

Balıqların əksəriyyətinin bədəni olduqca möhkəm dəri ilə örtülmüşdür. Allah bu canlıların dərilərində 2 təbəqə yaratmışdır: alt və üst təbəqə. Üst dəridə selik ifraz edən vəzilər var. Sürüşkən və yapışqan olan selik qatı balıq suda hərəkət edərkən sürtünməni minimum səviyyəyə qədər azaldır, bununla da balıqlara daha sürətli hərəkət etmək imkanı yaradır. Bundan başqa, sürüşkənlik xüsusiyyəti balığın düşmənləri tərəfindən tutulmasını da çətinləşdirir. Selik qatının digər xüsusiyyəti isə balığı xəstəlik törədən orqanizmlərə qarşı qorumaqdır.

Balıqların üst dərisində keratinə bənzər bir təbəqə də var. Keratin dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin qida və oksigen çatışmazlığından ölməsi və yerini yeni hüceyrələrə verməsi nəticəsində yaranan sərt və dayanıqlı bir maddədir. Keratindən ibarət olan bu təbəqə suyun balığın bədəninə daxil olmasına mane olaraq balığın daxili təzyiqi ilə xarici mühitdəki təzyiqin tarazlanmasını təmin edir. Əgər bu təbəqə olmasa idi, su balığın vücuduna girərək təzyiq tarazlığını pozar və balığın ölümünə səbəb olardı.

Qütblərdə yaşayan balıqların dərilərində isə buz kristallarının istiliyini -2C°-yə qədər azalda bilən zülal istehsal edən gen vardır. Bu zülal buz kristallarındakı oksigen molekullarına bağlanaraq buz təbəqələrinin genişlənməsinə mane olur və canlının donmasının qarşısını alır.

Bölmə: ---

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.