www.derinbilgiler.net » Ümidvar olmaq mömin əlamətidir

 
 
 


Ümidvar olmaq mömin əlamətidir

Müəllif: Terish Tarix 17-03-2016, 13:26, Baxılıb: 319

0
Ümidvar olmaq mömin əlamətidir



İman gətirən insan hər şeyini itirsə də, ümidsizliyə qapılmaz. Sahib olduğu bu şövq imanından, Allaha olan sevgi və etibarından, Quran əxlaqını yaşamasından və dünya həyatının müvəqqəti olduğunu qavramasından qaynaqlanır. Gələcəyindən həmişə ümidvar olması, hadisələrin yaxşı tərəflərini görməyi bacarması həyatı boyu qarşılaşdığı bütün hadisələrdə özünü büruzə verər.

Ümidvar olmaq Quranda möminlərin əsas xüsusiyyəti kimi qeyd olunur. Ümid etmək, eyni zamanda, insanın imanının göstəricisidir. İmanlı insan Allaha ümid bəsləyər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmağın həsrətini çəkər. Çünki Allah iman gətirənlərə həm dünyada, həm də axirətdə böyük nemətlər vəd etmişdir.

Mömin hər şeyin yalnız Allahın diləməsilə baş verdiyini bildiyi üçün heç vaxt kədərə və ümidsizliyə qapılmaz. Allahın möminlərin dualarına cavab verdiyini bildiyi üçün ən pis görünən hadisənin belə imtahan olduğundan və nəticədə möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.

Hər şey Allahın: "Ol", -deməsi ilə olur. Hər an, hər şey Allahın diləməsi ilə yaradılır. Hər şey Allahın təyin etdiyi qədər üzrə baş verir. Allah hər şeyə qadirdir. Bunun bilən insan xoşagəlməz şəraitdə, çətin görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini üzməz. Çətinliklərə səbir edən, Allahdan ümidini kəsməyən və heç bir şəraitdə Allahın hökmlərindən dönməyənlər həm dünyada, həm də axirətdə müjdələnmişdir.

Allah möminlərin dostu və yardımçısıdır, onlara qarşı sonsuz şəfqətli və mərhəmətlidir. Allah saleh qullarına həm dünyada, həm də axirətdə böyük mükafat verəcəyini bildirib və Allah qətiyyən Öz vədindən dönməz.

Quranın bir çox ayələrində Allahın möminlərə gözəl qarşılıq verdiyini, onları mərhəmət, razılıq və tükənməz nemətlərlə müjdələdiyini görürük:

İman edənlər, hicrət edənlər və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 20-21)

Bölmə: ---

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş